Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avtobuslarda kart sisteminin tətbiqi niyə yubanır? - ARAŞDIRMA

Avtobuslarda kart sisteminin tətbiqi niyə yubanır? - ARAŞDIRMA
2012-ci ildən başlayaraq avtobuslarda kart sisteminə keçilib. Bu gün də davam edən işlər hələ sona çatdırılmayıb. Bir neçə xətt üzrə avtobuslarda isə kart sisteminin tətbiqinə başlanılıb. Kart sisteminin tətbiq olunmasına baxmayaraq, bu öz effektini bir o qədər də göstərməyib desək, yanılmarıq. Bunu kart sistemi olan avtobuslardan gündəlik istifadə edənlər də təsdiqləyə bilər. Sürücülər isə kart sisteminin tam işə düşməməsini əsas gətirərək, sərnişinlərdən nağd ödəniş tələb edirlər. Bu isə heç də düzgün məqam deyil. Bəzi sürücülər bunu günün sonunda ödəniləcək plana uyğun məbləğin toplanması üçün edir. Bəs görəsən bu düzgündürmü?. Ümumiyyətlə, kart sistemi gözlənilən nəticəni verirmi? Bunlarla bağlı Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov Teleqraf.com-a açıqlamasında bildirib ki, yeni yaradılan kart sistemində sahibkar və sürücülər deyil, yalnız sərnişin maraqlıdır. Nəqliyyat ekspertinin sözlərinə görə, digər tərəfdən sahibkarların sürücülərə verə biləcəkləri maaş onları qane etməz: “Sürücülərlə bu barədə əmək müqaviləsi bağlanmayıb. Digər tərəfdən isə sahibkarların sürücülərə vermək istədikləri əmək haqqı ilə sürücü heç zaman işləyə bilməz. Məsələn, sahibkar sürücüyə 300-500 manat arası maaş təklif edəcək. Təbii ki, səhər saat 08:00-24:00-dək heç kim bu şərtlə işləməyə razı olmaz. Bu işin əsas problemi buradan ortaya çıxır. Beləcə, bu məsələni uzadırlar və onların arasında qalan problem davam edir. Hazırki vəziyyətdə hər bir tərəf öz maraqlarını ödəyə bilir”. Kartdan istifadə edən azsaylı sərnişinlərin etdiyi ödənişlərə gəlincə, M.Rüstəmov bildirib ki, hər bir sahibkar gün ərzində öz hesabından xəbər tutur ki, bu gün hesaba nə qədər pul köçürülüb: “Aparatlara köçürülən pullar banklarda sahibkarların hesabına yüklənir. Bu baxımdan sürücülər günün sonunda planın bir hissəsini kart sistemi ilə yığılan pulla, qalanını isə nəğd ödənişdən yığılan pulla verirlər. İkisi birlikdə hesablanaraq sahibkarın pulu ödənilir, qalan hissə isə sürücüyə çatır. Ümumiyyətlə, aparatlar vasitəsilə bank hesabına köçürülən pullar heç də sahibkarların ürəyincə deyil. Buna səbəb isə həmin pullardan gəlir vergisinin və yaxud digər vergilərin tutulmasıdır”. Ekspert onuda qeyd edib ki, bu işi görənlərin marağı olsa, heç kim kart olmadan avtobuslardan istifadə edə bilməz: “Burada maraqlı tərəflər var. "Sərnişinlər kart almırlar və bu işdə maraqlı deyillər" demək düzgün deyil. Bu işin təşkilatçısı işini düzgün qurmalıdır. Bildiyimiz kimi bu işlə gələcəkdə Bakı şəhər İcra Hakimiyyətinin məşğul olması məsələsi ortaya qoyulub. Düşünürəm ki, bu qurum yaxın zamanlarda bu məsələni həll edəcək”. Bizimlə söhbətləşən sərnişinlər kart sisteminin onlara sərf etdiyini deyirlər. Sadəcə, bundan istifadə etməyin bəzi çətinlikləri onların nəğd ödənişə üstünlük vermələrinə səbəb olur. Bunlar isə kartların həm alınması, həm də yüklənməsi üçün yerlərin azlıq təşkil etməsidir. Hazırki vəziyyətdə sərnişinlərin əksəriyyəti nəğd ödənişə üstünlük verir. Bu məsələ ilə bağlı Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verilmədi. Xatırladaq ki, bir sıra avtobuslarda kart sisteminin tətbiqi prosesinə start veriblər. Kart sisteminin tətbiqi prosesinin 2014-cü ilin sonuna kimi başa çatması planlaşdırılıb. Kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq. Xüsusi verifikatorlar artıq 1000-ə yaxın avtobusda quraşdırılıb. Kartların qiyməti isə 3 manatdır. - See more at: http://teleqraf.com/news/14761#sthash.PwwALfYn.dpuf

Teqlər:
Bu xəbər cəmi 1340 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR