Axar.az xəbər verir ki, bir müddət öncə ştat vahidlərinin azaldılması istiqamətində kütləvi ixtisarlar başlasa da, sonradan buna ara verildi, hətta vaxtilə ARDNŞ-in İnsan Resursları Departamentində müsabiqədən keçən, bundan əlavə isə müsahibə mərhələsini adlayan şəxslər təkrar imtahanlara cəlb edildilər. İşdə qalmaq üçün rəqabət yaradılan bu imtahanlar həm peşəkar kadrların seçimində, həm də ixtisarların hüquqi müstəviyə qalxmasında önəmli rol oynayırdı. İmtahanlardan keçə bilməyənlərin ixtisarı aparılsa da, qərar yenidən dəyişib. Bildirilir ki, artıq ARDNŞ-in Təhlükəsizlik İdarəsi və Nəqliyyat Departamentinin bir-iki həftə öncə imtahan verərək yaxşı nəticə göstərmiş şəxslərilə bərabər, digər rəhbər və adi işçilərinə bildirişlər paylanılıb. Bildirişdə isə 2 ay müddətinə özlərinə iş tapmaqları xahiş olunur və bağlanmış müqavilələrinin ləğv ediləcəyi xəbər verilir