Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident onu tıxaca salan generalı cəzalandırdı

Prezident onu tıxaca salan generalı cəzalandırdı
Prezident İlham Əliyevin kortejinin bir neçə gün əvvəl tıxaca düşməsi dövlət başçısının hərəkətinin təhlükəsizliyinə cavabdeh olan yüksək vəzifəli şəxslərin buna görə cavab verməsi ilə nəticələnib. Virtualaz.org-un məlumatına görə, həmin insident prezident İlham Əliyev Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı vermək üçün bu ölkənin Bakıdakı səfirliyinə gedərkən baş vermişdi. Prezidentin kortejini həmişə olduğu kimi bu dəfə də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov müşayiət edib. Lakin general H.Şirinovun sürücüsü səhlənkarlığa yol verib, nəticədə prezidentin korteji Teymur Əliyev küçəsində tıxaca düşüb. Prezident kortejini müşayiət edən general H.Şirinovun əyləşdiyi avtomobilin sürücüsü yolu qarışdıraraq səhvən “Gənclik” tərəfə aparan tunelə girib. Məlumatlı mənbələrin sonradan verdiyi məlumata görə, bu insidentin əsas səbəbi generalın sürücüsünün yol verdiyi səhvdir. Sürücü lazımi döngədən dönmək əvəzinə onu ötüb keçib, bununla da əvvəlcədən hazırlanmış marşrutun planı dəyişib. Məlumata görə, prezidentin korteji tıxacdan çıxandan sonra Həsən Şirinovun avtomobili prezident kortejindən, generalın sürücüsü isə polis orqanlarından xaric edilib. Qeyd edək ki, H.Şirinovun sürücüsünün yol verdiyi bu səhv ucbatından prezident İ.Əliyev təxminən 15-20 dəqiqə tıxacda qalıb. Bununla belə başda general Vaqif Axundov olmaqla prezidentin mühafizə xidməti operativlik göstərərək vəziyyətdən dərhal çıxış yolu tapıb. Nəticədə dövlət başçısının korteji tıxacdan çıxıb və yoluna davam edib. Məlumatlı mənbələrdən sayta verilən xəbərdə deyilir ki, bu səhv general Şirinova çox baha başa gəlib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov ötən həftə prezidentin kortejindən xaric edilib. Bundan sonra prezident İ.Əliyevin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov özü müşayiət edəcək.

Teqlər:
Bu xəbər cəmi 1860 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR