Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Polisi bıçaqla qovalayan haqda DİN məlumat yaydı - Masallı DYP-də nə baş verir?

Polisi bıçaqla qovalayan haqda DİN məlumat yaydı - Masallı DYP-də nə baş verir?
Daxili İşlər Nazirliyi (DİN) Masallıda polis əməkdaşının bıçaqla təqib edilməsi haqda yayılan məlumatlara aydınlıq gətirib.


Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına açıqlamasında polis əməkdaşının rayon sakinlərindən biri tərəfindən təqib edilməsi haqda yayılan məlumatların həqiqəti əks etdirmədiyini dedi.



"10 LU 037 dövlət nömrə nişanlı "VAZ-21074” markalı avtomobil Masallıdan şəhər istiqamətinə hərəkət edərkən "şaravoy”u çıxıb. Sürücü idarəetməni itirib və avtomobili yolun kənarında saxlayıb.



Hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis bölməsinin əməkdaşlarına məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, maşını idarə edən Ulud Fətullayevin sürücülük vəsiqəsi yoxdur. Həmin avtomobil cərimə meydançasına aparılıb.



Polis əməkdaşları qəza baş verən yerdə araşdırma apararkən hadisə şahidləri və yoldan keçənlər də ora toplaşıb. Yoldan keçən "Lada-Priora” markalı avtomobilin sürücüsü hadisə yerinə çatarkən orada olanları nalayiq sözlərlə təhqir edib. Polis əməkdaşları həmin sürücünü intizama dəvət edərkən o, hadisə yerindən uzaqlaşıb.



Polis əməkdaşlarının araşdırmaları zamanı həmin sürücünün Masallı rayon sakini İlqar Eynullayev olduğu müəyyənləşdirilib. İlqar Eynullayev Masallı RPŞ-yə aparılıb və İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddsi ilə cəzalandırılıb. Baş verən hadisədə polis əməkdaşının bıçaqla təqib olunması və onun Post Patrul Xidmətinin maşınına sığınması haqda yazılanlar həqiqəti əks etdirmir” - deyə O.Mansurzadə açıqlamasında bildirdi.



Xatırladaq ki, dünən mətbuatda Masallı rayonun mərkəzindəki Heydər Əliyev parkının yaxınlığında polis əməkdaşının "Priora” markalı maşının sürücüsü İlqar Eynullayev tərəfindən bıçaqla təqib edilməsi, polisin isə qaçaraq PPX maşınına sığınması barədə məlumatlar yer almışdı.



Onu da qeyd edək ki, bir neçə ay əvvəl Masalı DYP-nin əməkdaşlarından biri də yerli sakin tərəfində bışaqlanmışdı. Bu fakt onu göstərir ki, sözgedən DYP-də hansısa maraqlı olaylar baş verir. Yəni bir neçə ayın içində rayon yol polisinin adının mətbuatda neqativ olaylarda hallanması təsadüfi sayılmır.



Mia.az-a daxil olan məlumata görə, Masallı DYP-də rəis Afət Mirzəyevə qarşı ciddi rəqiblər formalaşıb. Hətta onların rəisi gözdən salmaq üçün belə xoşagəlməz məlumatları tələsik dövriyyəyə buraxmaları da ciddi ehtimal kimi dəyərləndirilir. İddiaya görə Afət Mirzəyevin postuna sahib olmaq üçün iki zabit can atır. Bu və ya digər məlumatlarla bağlı Mia.az-ın araşdırmasını yaxın günlərdə oxuculara təqdim etməyə çalışacağıq.


Teqlər:
Bu xəbər cəmi 2310 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR