ABŞ Dövlət Departamentinin qənaətinə görə, Rusiya Ukraynanın cənub-şərqindəki separatçılara yardım etməkdə davam edir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Departamentin yaydığı açıqlamada belə deyilir.
“Rusiya separatçıları ağır silah, hərbi avadanlıqla təchiz edir, maliyyələşdirir, həmçinin silahlı şəxslərin Ukrayna ərazisinə keçməsi üçün imkan yaradır”, - sənəddə qeyd edilir.
Bununla belə, Pentaqondakı mənbələr Rusiyanın Ukrayna sərhədi boyunca qoşunlarının sayını artırdığını vurğulayırlar. Adının çəkilməsini istəməyən mənbənin “Azadliq Radiosuna” verdiyi məlumata əsasən, hazırda Rusiya sərhəddə 10-12 min hərbçi cəmləşdirib. Mənbəyə görə, son həftə ərzində Pentaqon sərhəd yaxınlığında olan ərazilərdə bir necə hərbi bölmənin hərəkətini müşahidə edib.