Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda müdhiş mebel cinayəti – 1,1 milyon mənimsəmə

Bakıda müdhiş mebel cinayəti – 1,1 milyon mənimsəmə
Biləcəridə yığılan mebellərin İtaliya istehsalı kimi müştərilərə satılması məlum olub. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən AzNews.az-a verilən məlumata görə, qurumun yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhəri, ak. H.Əliyev prospekti, 78 ünvanında yerləşən, mebel satışı ilə məşğul olan “Verona Lux” mağazasına faktiki rəhbərlik 2009-cu ildən fəaliyyətini dayandırmış fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlu tərəfindən həyata keçirilir. Araşdırma zamanı mağazada satılan mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki olaraq Biləcəri qəsəbəsində yerləşən “Səma LTD” MMM-ə məxsus olan mebel fabrikində hazırlandığı məlum olub. Mebellərin birbaşa fabrikdən evlərə aparılaraq quraşdırıldığı, satılan mebellərə görə sifarişçilərə ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd hesablaşma qaydalarının pozulması halları da müəyyən edilib. Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər zamanı mühasibatlıq və “qara mühasibatlıq” sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompüter prosessorları aşkar olunaraq götürülüb. Toplanmış materiallar Vergi Auditi Departamentinə göndərilib və aparılmış səyyar vergi yoxlamaları nəticəsində fiziki şəxs Rüfət Həbilov kulli miqdar təşkil edən 562 min 483,61 manat və “Səma LTD” MMM-nin 549 min 699,49 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılmaları müəyyən olunub. Hər iki fakt üzrə Departamentin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işləri başlanmış və hazırda həmin işlər üzrə ibtidai istintaq davam etdirilir.

Teqlər:
Bu xəbər cəmi 1580 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR