Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”

“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
İtaliyanın nüfuzlu “IL GIORNALE” qəzetində dərc edilmiş məqalə Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasındakı çıxışından götürülmüş bu sitatla başlayır: “Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”.


Məqalədə qeyd edilir ki, ötən ayın son həftəsində Azərbaycan iki böyük tədbirə cəlb olunub – Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası və Bakının ev sahibliyi etdiyi ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası. Hər iki tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Bu tədbirlər Azərbaycanın Avropanın siyasi və iqtisadi həyatında iştirakının vacibliyini bir daha təsdiq edir.



Qəzet yazır: “Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının plenar iclasındakı çıxışında həm forma, həm də məzmun baxımından dəqiq şəkildə vurğulayıb ki, Azərbaycan hazırda etibarlı tərəfdaş sayılır və beynəlxalq birliyə üzv dövlətlərin əksəriyyəti, həmçinin əlbəttə ki, Avropa dövlətləri ilə fəal ikitərəfli əlaqələr onun hökumətinin əsas prioritetlərindəndir. Nəzərə alsaq ki, Azərbaycan TAP layihəsi ilə Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır, bu, Avropa üçün çox vacib mesajdı”.



Müəllif bildirir ki, Azərbaycan İtaliyanın birinci ticarət tərəfdaşıdı və bu gün ölkəmizin neftə olan tələbatının 16 faizini ödəyir. Prezident İlham Əliyev Strasburqda olduğu kimi, Bakıda da öz ölkəsinin 23 illik müstəqilliyi dövründə əldə etdiyi nailiyyətlərdən, həmçinin problemlərdən və gələcək planlardan danışıb. Prezident deyib: “Siyasi və iqtisadi islahatların eyni zamanda həyata keçirilməsi bizi böyük çətinliklərdən sığortaladı, sabit ölkə qurmağa imkan yaratdı və davamlı inkişafı mümkün etdi”. Həqiqətən də, sərt iqtisadi böhranın beynəlxalq bazarı sarsıtmasına və ərazisinin 20 faizinin 20 ildən artıqdır ki, erməni işğalı altında olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2014-cü ildə dünyanın əsas reytinq agentlikləri tərəfindən sabit kimi qiymətləndirilmişdir.



Yazıda deyilir ki, Prezident İlham Əliyev beynəlxalq hüquqda nəzərdə tutulan meyarları birləşdirməyin əhəmiyyətinə diqqət çəkərək beynəlxalq təşkilatlara müraciət edib: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunur. Digər qətnamələr isə sadəcə kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir”. Prezident İlham Əliyev Ermənistanın öz qoşunlarını işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə bu günədək məhəl qoyulmadığını, Ermənistanın ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, hətta Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun qərarlarının heç birinə əməl etmədiyini, bununla da bütün beynəlxalq normaları pozduğunu və sadalanan təşkilatlara inamı təhlükə altında qoyduğunu xatırladıb.



“Bir milyon azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb”, - bu sözlərlə Prezident İlham Əliyev öz xalqının ağrı-acılarından danışıb və bütövlükdə regionun təhlükəsizliyi naminə bir daha beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli yolunun tapılmasının zəruriliyinə yönəldib.


Teqlər:
Bu xəbər cəmi 1405 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR