Şəhərdəki 1 nömrəli xəstəxanada gün ərzində aparılan səyyar qəbulda Sumqayıt, Abşeron, Xızı, Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayonu sakinlərinin müraciətləri dinlənilib.
Qəbulda, ümumilikdə, 60-a yaxın vətəndaş iştirak edərək öz istək və xahişlərini O.Şirəliyevə ünvanlayıblar. Müraciətlər nazir tərəfindən diqqətlə dinlənib və bu problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin əsas hissəsini sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub. Qaldırılan məsələlərdən bəziləri xarici ölkədə, o cümlədən də İran islam Respublikasinda uğursuz müalicədən sonra xəstəliyinin daha da fəsadlaşmış vəziyyətə yerli mütəxəssislərdən yardım istəməsi kimi müraciətlər də az olmayıb. Müraciətlər nazir tərəfindən hebelə, qəbulda iştirak edən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri: ET Travmatologiya və Ortopediya İnstitutunun direktoru V.Verdiyev, Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Y.Əliyev. Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının baş həkimi T.Əliyev tərəfindən araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülqb.