Bu gün prezident İlham Əliyev yeni fərman imzalayıb.
Mia.az xəbər verir ki, sərəncam "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqındadır
Fərmana görə, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №8, maddə 499; 2002, №1, maddə 14; 2003, №10, maddə 571; 2006, №9, maddə 743; 2009, №4, maddə 226, №12, maddə 984; 2012, №7, maddə 680) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1. İkinci abzasda "19-cu maddəsinin altıncı hissəsində” sözlərindən sonra ", 28-ci maddəsinin doqquzuncu hissəsində” sözləri əlavə edilsin.
2. Üçüncü abzasda "və 31-ci maddəsinin birinci hissəsində” sözləri ", 31-ci maddəsinin birinci hissəsində və 35-1-ci maddəsində” sözləri ilə əvəz edilsin.