Qol.az-ın "Daily Mail" qəzetinə istinadən yaydığı xəbərə görə, məlum olub ki, o, eyni addımı təkcə Kyellini və ondan əvvəl Hollandiyada Otman Bakkal, eləcə də İngiltərədə Branislav İvanoviçə qarşı atmayıb.
Bildirilir ki, belə xoşəgəlməz hadisələr Suares hələ Avropa gəlməzdən öncə, vətəni Uruqvayda oynayərkən də yaşanıb. Konkret olaraq, onun “Nasyonal”da çıxış etdiyi vaxtlarda (2005-2006 mövsümündə) beş futbolçunu dişlədiyi iddia edilib.
Klubdan bu haqda xəbərləri şərh etməyiblər.
Məlumata görə, FİFA İntizam Komitəsi Suaresin geniş ictimaiyyətə məlum olmayan əvvəlki bu cür hərəkətlərini də nəzərə almaqla onun barəsində sərt qərar verib.
Xatırladaq ki, Suares dörd ay futboldan uzaqlaşdırılıb, eyni zamanda onun millinin heyətində doqquz görüşdə meydana çıxmasına qadağa qoyulub.