Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ARTUR RƏSİZADƏ BÜDCƏ HESABINA XARİCDƏ KEF EDƏCƏK

ARTUR RƏSİZADƏ BÜDCƏ HESABINA XARİCDƏ KEF EDƏCƏK
Baş nazir, Milli Məclisin və Konstitusiya Məhkəməsinin sədrləri Moskvada olduqları 1 gün üçün 504 dollar ezamiyyə pulu alacaq; yüksək ranqlı məmurlar üçün ezamiyyə xərci artırıldı, orta məmurlar üçünsə azaldıldı


Baş nazir Artur Rəsizadə “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edib. Baş nazirin 26 fevral 2013-cü il tarixli qərarı ilə xaricdə olduğu müddət üçün ezamiyyə əlavəsini iki dəfə artırıb. İndi baş nazir Moskvada olduğu bir gün üçün 504 dollar ezamiyyə pulu alacaq. Milli Məclis sədri və Konstitusiya Məhkəməsinin sədri də belə imtiyaz əldə edib. Qərar Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib. 





“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar rəhbər işçilərin kateqoriyasına uyğun olaraq ezamiyyə xərclərinə 1 günlük əlavələrin tətbiqini nəzərdə tutur.

Yuxarı eşelon rəhbərləri, nazirlər, dövlət komitəsi sədrləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, baş nazirin müavinləri, deputatlar, MSK sədri, ombudsman, baş prokuror, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının ezamiyyə xərclərinə 50 faiz əlavə ediləcək. Başqa rayon (şəhər) icra hakimiyyətinin başçıları isə siyahıya düşməyib.

Konstitusiya Məhkəməsinin hakimləri, Ali Məhkəmənin sədrinin müavinləri, apelyasiya məhkəmələrinin sədr müavinləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, Hesablama Palatasının sədr müavinləri və auditorları 30 faiz əlavəyə “layiq görülüb”.

Maraqlıdır ki, düzəlişə qədər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri və müavinləri, MSK və Milli Televiziya və Radio Şurasının sədr müavinləri, baş prokurorun müavinləri, Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri 30 faiz, xaricdə dövlət və hökumət tədbirlərinə iştirak edən başqa şəxslər 25 faiz əlavə alırdı. Yeni redaksiyada bu kateqoriyanın əlavə qrafası boş qalıb.

Təbii ki, Nazirlər Kabinetinin bu qərarı məmurların maraqlarına xidmət edir. Heç bir əsas olmadan hakimiyyət elitasında olanların ezamiyyə xərclərinin artırılması heç bir iqtisadi və ya sosial amillə izah oluna bilməz. Məsələnin başqa absurd tərəfi ondan ibarətdir ki, baş nazirin, Milli Məclis sədrinin, Konstitusiya Məhkəməsi sədrinin və nazirlərin ezamiyyə xərcləri artırıldığı halda, nisbətən aşağı ranqlı məmurların - nazir müavinlərinin, hakimlərin, deputatların, MSK üzvlərinin ezamiyyə xərclərinə edilən 25-30 faiz əlavələr isə ləğv edilib. Əgər xərclərin artırılmasına iqtisadi amillər (məsələn, xarici ölkələrdə qiymətlərin artırılması) əsas versəydi, onda artımlar bütün kateqoriyaları əhatə etməli idi. Nazirlər Kabineti bu dəyişikliyi necə əsaslandıra bilər ki, dünyanın ən bahalı şəhərlərindən olan Nyu-Yorka bir sutka üçün 330 dollar ezamiyyə xərci verildiyi halda, baş nazir və ya Milli Məclis Sədrinin Nyu-Yorkdan ən azı 2 dəfə ucuz şəhər olan Moskvada sutkalıq xərci 504 dollara başa gəlir? Və yaxud niyə Bakı şəhər İcra Hakimiyyətinin başçısının ezamiyyə xərcinə 50 faiz əlavə verildiyi halda, başqa iri şəhərlərin rəhbərlərinə heç 1 faiz də əlavə verilmir? Deməli, Nazirlər Kabinetinin qərarında iqtisadi amillər rol oymayıb, məmurlar sırf şəxsi maraqlarından çıxış edərək bu qərarın qəbul edilməsinə nail olublar.

Bu qərar iki tendensiyanı üzə çıxarır. Birincisi, məmurlar büdcəni talamaq vərdişinə elə aludə olublar ki, artıq talan prosesini rəsmiləşdirməyə başlayıblar. İndi büdcəni talayan məmurlar oğurladıqları pullar hesabına yox, yenə də büdcə vəsaiti hesabına “bizness-klass”da uçacaqlar, ən bahalı hotellərdə gecələyəcəklər. “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin məhkəmədə işlətdiyi “dövlətin pulu dənizdir, onu yeməyən donuzdur” ifadəsi məmurların həyat amalına çevrilib. İkincisi, təbəqələşmə artıq məmur korpusunda da hiss olunmaqdadır. Baş nazir, Hesablama Palatasının və Konstitusiya Məhkəməsinin sədrləri, nazirlər “ağlar”, onların müavinləri və daha aşağı ranqlı məmurlar isə “qaralar” kateqoriyasına daxil edilir. Öz müavinlərinə “qara” adamlar kimi baxanların sadə insanlara münasibətindən isə danışmağa belə dəyməz.



 


Teqlər:
Bu xəbər cəmi 1380 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR