Ayda 60 manat ödəməklə 60 kvadratmetrlik ev almaq mümkün olacaq. Bununla bağlı Mənzil Məcəlləsində sosialyönümlü evlərin tikintisi nəzərdə tutulub. Xəzərxəbər-ə müsahibə verən Millət vəkili Hadi Rəcəbli belə deyir:
“Əslində belə başa düşülməlidir ki, dövlət bu evi onlara bağışlayır həmin adamlara. Amma simvolik olaraq oradakı insan faizsiz kredit ödəyir. Faktiki olaraq bu bağışlamağın bir növüdür. Bu baxımdan belə bir addımın da atılması gündəmdə var. Bu bizim dövlətimizin başçısının bir istəyidir. Bu da zaman zaman həyata keçirilir və keçiriləcək də”.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sosialyönümlü ev fürsətindən faydalana bilmələri üçün gənc ailələrə iş təklif oluna biləcəyini də deyir...
“Onlar nigaha girən zaman birinə mütləq iş verilsin ki, bununla da sosial durumu ağır olan gənc ailəyə faizsiz uzun müddətli ipoteka krediti verək. Bu ona oxşayacaq ki, belə ailə kirayə haqqı verəcək, amma 25 ildən sonra ödədiyi kirayə haqqına görə ev ona qalacaq. Bax bu cür sosilayönümlü evlərdir . Bu dünyada mövcuddur və ailənin möhkəmlənməsinə təsir edəcək. Əlbəttə bunun üçün maliyyə dəstəyi olmalıdır. Yəni ilkin ödənişi bank ödəməlidir onda bunu da banka dövlət ödəmlidir. Bu barədə düşünürük”.
İqtisadçılar dövlətin bu addımının evsizlik probleminin həllinə ciddi şəkildə kömək edəcəyini düşünürlər. Aylıq ödənəcək məbləğin aşağı olması isə təşəbbüsün hər kəs üçün əlçatan olmasını təmin edəcək. İqtisatçı ekspert Vüqar Bayramlı bu addım müsbət qiymətləndirir:
“Hesablamalarımız göstərir ki gənc ailə ayda 60 manat ödəməklə 2 otaqlı ümumi sahəsi elə 50-60 kvadrat sahə olan mənzilə sahib ola bilər. Bu zaman bunu məhz 20 il müddətində ödəmək imkanı əldə etmiş olacaq. Artıq 20 ildən sonra mənzil sahibi mənzilin mülkiyyətçisinə çevrilməklə sonradan satmaq imkanınad malik olacaq. Bütü hallarda isə həmin şəxs il boyu bu evdə qalmaq hüquqi olacaq”.
Layihənin digər bir üstünlüyü isə sosialyönümlü evə sahib olmaq istəyən gənclərdən iş yerindən arayışın tələb olunmayacağı ilə bağlıdır. Vüqar Bayramlı bunundan gənclərin işini dahada asanlaşdırdığını bildirir:
“Aylıq ödəniş 60 manat olduğu üçün vətəndaş iş yerindən arayış təqdim etmədən belə sosial mənzilə sahib ola biləcək. Buda imkan verəcək ki vətəndaş sosial mənzilə sahib olan zamanıda hətta iş yerindən arayış almadan bu evə sahib çıxır. Bunun elə məhz xalq evinin adlanmasında səs odur ki əhalınin az təminatlı gənc ailələr üçün nəzərəd tutulur. Yalnız o gənc aillərə veriləcək”.
İqtisadçı Vüqar Bayramov düşünür ki, sosialyönümlü xalq evlərinin tikilməsi dövlət büdcəsinə əlavə yük olmayacaq:
“İl ərzində 1-ci mərhələdə dövlət büdcəsindən təxminən 300 milyon manat vəsait ayrılmaqla bu layihəni həyat keçirməklə mümkün olacaq. Buda imkan verəcək ki, dövlət sosial mənzil fondunun formalaşmasını həyata keçirsin və sosial mənzillərin inşası reallaşsın. Və buda öz qiymətinə vətəndaşa təklif olunacaq”.