Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Velosipedçilər arasında Azərbaycan çempionu müəyyənləşdi

Velosipedçilər arasında Azərbaycan çempionu müəyyənləşdi


 




Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatı davam edir. Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirmişlər ki, ölkəmizin ən güclü velosipedçilərinin müəyyənləşdiyi yarışın ikinci günü də Samux rayonunda keçirilmişdir.


 


Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin yüzə yaxın idmançısı mübarizə aparır.


 


Yarışın proqramına əsasən, iyunun 28-də 17 yaşadək velosipedçilər qrup şəklində start götürməklə 70 kilometr məsafə qət etmişlər. Gərgin mübarizə şəraitində keçən yürüşdə pelotonda olan idmançılardan heç biri aşkar üstünlüyə malik olmamışdır.


 


Finişə az qalmış isə 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Mikayıl Səfərli öz sprinter bacarığını nümayiş etdirərək irəli atılmış və 2 saat 3 dəqiqə 10 saniyə ilə Azərbaycan çempionu adını qazanmışdır. Onun komanda yoldaşı Maksim Napyerstkov 2 saniyə geri qalmaqla ikinci olmuşdur. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Bakir Dadaşov isə çempiona 3 saniyə uduzmaqla üçüncü yeri tutmuşdur.


 


Qaliblər Samux şəhərində Heydər Əliyev Mərkəzinin yerləşdiyi parkda təltif edilmişlər.


 


İyunun 29-da ölkə çempionatının sonuncu günündə “Elit”, U-23 və gənclər Gəncə şəhərindən qrup şəklində start götürməklə Daşkəsənə qədər olan 120 kilometr məsafəyə yürüş edəcəklər. Bu mərhələnin əsas xüsusiyyəti Daşkəsən ərazisində dağ yollarının da olmasıdır.


Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaqdır.




 




 




 




Teqlər:
Bu xəbər cəmi 870 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR