Bu haqda millinin baş məqçisi Luis Felipe Skolari keçirdiyi mətbuat konfrasında bildirib.
O qeyd edib ki, əsas vaxtın son 75, əlavə vaxtın bütün 30 dəqiqəsində Neymar zədəli halda oynamaq məcburiyyətində qalıib. O, rəqiblə mübarizə zamanı belindən zədələnib.
“Hadisə oyunun əvvəllərində baş versə də, hakim bu məqamı görmədi. Məncə, Neymara zədəsini sağaltmaq üçün 5-6 gün vaxt lazımdır” – deyə o bildirib.
Xatırladaq ki, Çili üzərindəki qələbədən sonra Braziliya 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə onlar iyulun 4-də Kolumbiya ilə qarşılaşacaqlar.