Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda ATƏT-in çatışma kimi tədbiri

Bakıda ATƏT-in çatışma kimi tədbiri
Prezident və spiker Azərbaycanın tələblərini açıqladılar; ermənilərin aranı qarışdırmaq istədiyi sessiyada hazırlanan sənəd etiraz doğurdu


 



İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç bildirib ki, ATƏT PA parlament demokratiyasının mənbəyidir. O qeyd edib ki, ATƏT PA Ukrayna böhranından əvvəl müxtəlif addımlar atıb.



 


Komitənin iclasında Ermənistan parlamentinin üzvləri də iştirak ediblər. Ermənilərin Bakıya gəlişinə etirazlar olub. İclas keçirilən binanın qarşısında Qarabağ Azadlıq Təşkilatının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib, tədbirin qarşısını polis alıb.


(Bu aksiyadan hazırlanan reportajla 3-cü səhifədə tanış ola bilərsiniz-red.)


 


İclas əvvəldən gərginliklə müşahidə olunub. Belə ki, ATƏT PA Daimi Komitəsinin iclasında qurumun yer aldığı Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi üçün Finlandiyadan olan məruzəçi Pta Kaumanın hazırladığı “Silahlı qüvvələr üzərində nəzarət və Venesiya sənədi” adlı məruzədə Dağlıq Qarabağ münaqişəsinin yer almamasına Azərbaycan tərəfi kəskin etiraz edib. 


 


Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxışında sənədin əleyhinə olduğunu bildirib. B.Muradova qeyd edib ki, ATƏT PA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyini ortalığa qoymalıdır.


 


Qeyd edək ki, təklif olunan sənəddə Rusiyanın Krımı ilhaq etməsinə geniş yer ayrılıb. Dağlıq Qarabağ məsələsinə isə yer ayrılmayıb. Sənəddə vurğulanıb ki, Rusiyanın Krımı birtərəfli özünə birləşdirməsi bütün beynəlxalq qaydaları və müstəqil ölkələrin suverenliyini təhlükə altında qoyub.


 


İclasda Ermənistan nümayəndə heyəti tərəfindən təxribata cəhd edilib. Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını inkar edərək, münaqişənin həlli üçün Azərbaycanı Dağlıq Qarabağın separatçı rejimi ilə danışıqlara çağırıb. O, səs tonunu qaldıraraq zalda ajiotaj yaradıb. Əsəbi halda çıxış edən erməni deputat münaqişənin həllində Azərbaycanı ATƏT-in Minsk qrupunun üzvləri arasında daha çox ABŞ-a güvənməkdə ittiham edib.


Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə 22 ildir işğal olunmuş torpaqları, bunun fəsadlarını görməməyi “qumdan başı yeni çıxan kor dəvəquşuya” bənzədib: “22 ildir faktiki torpaqlar işğal altındandır, kor dəvəquşu kimi bunu görməmək olmaz!”


 


Komitənin iclasından sonra ATƏT PA-nın 23-cü sessiyası başlayıb. Sessiyanın açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev, spiker Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb. ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç sessiyanı açıq elan edib.


 


Sonra prezident İlham Əliyev çıxış edib. İ.Əliyev deyib ki, demokratik təsisatların qurulması bizim əsas vəzifələrimiz idi. Siyasi və iqtisadi islahatların həyata keçirilməsi ölkəmizdə sabitlik yaradıb. Demokratik təsisatlar artıq Azərbaycanda tam şəkildə fəaliyyət göstərir: “Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub. İnternet azaddır, ölkə əhalisinin yarıdan çoxu İnternet istifadəçisidir. Biz qısa müddətdə müasir, özünə arxalanan dövlət yarada bildik. Bununla belə, yaxın gələcəkdə bir çox işlər görməliyik. ATƏT və digər strukturlarla qurduğumuz iş birliyi planlarımızı həyata keçirməyə imkan yaradacaq. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, yoxsulluq 5 faizə düşüb. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 170 milyard dollar sərmayə qoyulub. Azərbaycanda etnik, dini ayrı-seçkilik tətbiq olunmur. Biz bu gün dünyada təcrid edilmə, ayrı-seçkilik görürük. Azərbaycan bu sahədə nümunəvi ölkədir”.


 


İlham Əliyev bəyan edib ki, Avropa ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir. Eyni zamanda digər beynəlxalq təşkilatlarla, dövlətlərlə əlaqə qurmuşuq.


 


Azərbaycanın hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini bildirən prezident İ. Əliyev deyib ki, əsas məsələ beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsidir: “BMT Təhlükəsizlik Şurasının elə qətnamələri var ki, bir neçə saat ərzində həyata keçirilir, elə qətnamələri də var ki, 20 ildir, kağız üzərində qalıb. Azərbaycana münasibətdə də belə qətnamələr var və bu, Azərbaycan xalqını narahat edir. Bunun nəticəsində həmin beynəlxalq təşkilatlara etimad azala bilər”. 


 


BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına Ermənistanın məhəl qoymadığını söyləyən dövlət başçısının sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarına da məhəl qoymur.


 


ATƏT PA prezidenti Ranko Krivokapiç isə bildirib ki, müsəlman dünyasında ilk nümunəvi dünyəvi dövlət Azərbaycanda yaradılıb.


 


Onun sözlərinə görə, Azərbaycan regionda böyük rol oynayır, ATƏT qarşısında götürdüyü öhdəliklərin çoxunu yerinə yetirib. 


 


R.Krivokapiç 5 gün ərzində ATƏT Parlament Assambleyasının sessiyasında müxtəlif məsələlərin müzakirə olunacağını söyləyib: “Səylərimiz Bakı Bəyannaməsində əksini tapacaq. Əsas məqsədimiz insan təhlükəsizliyinə nail olmaqdır”.


 


R.Krivokapiç növbəti 40 il ərzində ATƏT Parlament Assambleyasının fəaliyyətinin prioritet istiqamətini müəyyənləşdirməyin zəruri olduğunu qeyd edib.


 


ATƏT-in fəaliyyət olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter isə geniş nitqinin böyük hissəsini Ukraynaya təcavüzün pislənməsinə həsr edib. Dağlıq Qarabağ münaqişəsi haqda isə cəmi bir neçə cümlədən ibarət ümumi fikirlər səsləndirib. 


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə ATƏT-i münaqişələrin həlli istiqamətində fəallığı artırmağa çağırıb. O.Əsədov təşkilat qarşısında tələbləri də açıqlayıb: “ATƏT münaqişələrin həlli ilə bağlı təkcə dialoq aparan təşkilat yox, konkret əməli addımlar atan təşkilat olmalıdır. Avropada sülh və sabitliyə təhdid olan münaqişələrin həlli təşkilatın gündəmində duran ən vacib məsələ olmalıdır. Eyni zamanda Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də bağlı əməli addımlar atmalıdır. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan bütün beynəlxalq sənədlər icra olunmamış qalır”.


 


Sessiya iyulun 3-dək davam edəcək. Sessiyanın sonunda “Bakı bəyannaməsi” qəbul ediləcək.


 


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli sessiya başlayan vaxt və sessiyanın gedişində müşahidə edilən gərginliyi “Yeni Müsavat”a şərh edib. O deyib ki, əgər Azərbaycan öz üzərinə belə bir tədbirin keçirilməsini götürübsə, istinasız olaraq bütün nümayəndə heyətlərinin buraya gəlişi və təhlükəsizliyi üçün təminat verib: “Ona görə də erməni deputatların Bakıda keçirilən ATƏT tədbirində iştirakına Azərbaycan dövlətinin təminat verməsi o deməkdir ki, Azərbaycan dövləti beynəlxalq hüquq normalarını, beynəlxalq konvensiyalarla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Bu, belə də olmalı idi. Amma ermənilərin burada sessiyada aranı qarışdırmağa cəhdi qısqanclıq və erməni xislətinə məxsus aşağılıq kompleksindən doğan bir hərəkətdir. Ermənilər Azərbaycanın son dövrlər çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi eləməsini, Bakının inkişafını görüb qıcıqlanıblar. Ermənilər görür ki, az qala hər ay Azərbaycanda keçirilən bu cür böyük beynəlxalq tədbirlər Bakı şəhərini az qala ikinci Cenevrəyə çevirməkdədir”. 








  


Q.Hüseynli Azərbaycan tərəfinin qəbul edilmək üçün təklif edilən sənədə etirazının haqlı olduğunu vurğuladı: “Azərbaycan Ukrayna məsələsi BMT-də müzakirə edilərkən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bununla da öz mövqeyini nümayiş etdirdi. İndi isə söhbət ATƏT-dən gedirsə, ATƏT postsovet məkanındakı münaqişələri müzakirə edirsə və təklif olunan sənəddə ancaq Ukrayna problemi ilə bağlı məsələ qaldırılırsa, sessiya Bakı şəhərində keçirilməsinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinə yer verilmirsə, Azərbaycan tərəfi belə bir sənədin qəbuluna qarşı çıxmaqda düzgün edib. Çünki biz sessiyanın Azərbaycanda keçirilməsini ona görə istəmişik və ATƏT-ə xüsusi dəvətnamə ilə ona görə müraciət etmişik ki, məhz ATƏT Dağlıq Qarabağ problemi barədə də ciddi müzakirələr aparsın və bununla bağlı xüsusi bir sənəd qəbul eləsin. Mənim zənnimcə, Azərbaycan bu qədər zəhmət sərf edirsə, Dağlıq Qarabağ məsələsi mütləq sessiyanın gündəliyinə salınmalı idi. Sənəddə Dağlıq Qarabağ münaqişəsinə yer ayrılmamasına etiraz Ukraynaya qarşı çıxmaq demək deyil. Azərbaycan tərəfinin bu davranışı ATƏT Parlament Assambleyasının postsovet məkanındakı münaqişələrə, separatçı meyllərə fərqli münasibəti ilə bağlıdır, buna etirazdır. Azərbaycanın əraziləri də işğal edilib, yüz minlərlə məcburi köçkünümüz var. ATƏT sessiyasının sənədində postsovet məkanındakı münaqişələrin birinə diqqət göstərib digərini görməməzlikdən gəlmək böyük nöqsandır”.


 




 


Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov da APA-ya deyib ki, beynəlxalq tədbirlərdə iştirak edən erməni deputatlar Azərbaycanın, Bakının inkişafını, müasirləşməsini, qüdrətini görərkən onlarda qıcıqlar yaranır. Erməni deputatlar hansısa provokasiya etməklə özlərinin gücsüzlüyünü və ümidsizliyini ifadə etmiş olurlar: “Bundan qorxmaq lazım deyil.  Ermənilərin Bakıya gəlməsi məsələsinə gəlincə, Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edən qonaqları Azərbaycandan daha çox təşkilatçılar olan ATƏT, ATƏT-in Parlament Assambleyası dəvət edir. Amma bunun bir müsbət cəhəti də var ki, ermənilər Azərbaycanın, Bakının inkişafı ilə öz ölkələrinin uçuruma doğru inkişafının nə qədər böyük təzadlar yaratdığını öz gözləri ilə görürlər. Təbii ki, belə bir mənzərə onlarda qıcıq yaratmaya bilməz. Bu qıcığın ifadə forması isə ayrı-ayrı təxribatlar olur. Provokasiyalara Azərbaycan tərəfindən cavab vermək iqtidarında olan insanlar da, arqumentlər də var. Güman edirəm bütün mövqelər, istiqamətlər üzrə erməni tərəfi gücsüzlüyünü həm nümayiş etdirir, həm bunu etiraf etmək zorundadır, həm də bunu bütün dünyaya göstərir”.


 


Ə.Əhmədov vurğulayıb ki, ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin iclasının və ATƏT PA-nın sessiyasının Bakıda keçirilməsi bütövlükdə Azərbaycanın Avropa meydanında, səviyyəsində əhəmiyyətinin, nüfuzunun artmasının bilavasitə göstəricidir: “Azərbaycan bir çox beynəlxalq təşkilatların tədbirlərini keçirmək üçün seçdiyi məkana çevrilib. Bu da Azərbaycanın inkişafının bilavasitə göstəricisi, beynəlxalq aləmdə hörmətinin, nüfuzunun, əhəmiyyətinin, rolunun artmasının ifadəsidir”.


Etibar SEYİDAĞA

Teqlər:
Bu xəbər cəmi 1590 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR