Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlham Əliyevdən Ermənistana sərt xəbərdarlıq

İlham Əliyevdən Ermənistana sərt xəbərdarlıq


 



Ali Baş Komandan ordu günündə ciddi bəyanatlar verdi; “Səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır”



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilib.



 


Müdafiə Nazirliyinin yaydığı məlumatda  deyilir ki, təlimə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş vertolyotu cəlb edilib.


 


Təlimləri Ali Baş Komandan İlham Əliyev şəxsən izləyib. Ali Baş Komandan hərbi geyimdə olub. İlham Əliyev çıxışında ordumuzun gücü ilə bağlı, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlı bəyanatlar səsləndirib. 


 


Dövlət başçısının sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsinə çalışsa da, görür ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır: “Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma eyni zamanda torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır”.


 


Prezident bildirib ki, təlimlərdə göstərilən peşəkarlıq, texniki imkanlarımız, cəmiyyətdə yaşanan və güclənən vətənpərvərlik ruhu istənilən anda məsələnin tezliklə, hərbi yolla həll edilməsinə şərait yaradır. Bunu düşmən də bilir və ona görə qorxu içindədir: “Biz hələ ki danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır, ondan sonra Dağlıq Qarabağ, - o da işğal edilmiş torpağımızdır, - Azərbaycanın nəzarətində olmalıdır. Azərbaycan bayrağı işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndində qaldırılmalıdır və qaldırılacaq. Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq. Biz hər gün, hər an bu hədəfə yaxınlaşırıq. Bugünkü təlimlər bir daha onu göstərir ki, biz bu hədəfə bir addım da yaxınlaşmışıq”.


 


Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə ordumuz dünyada ən güclü ordular sırasındadır: “Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Bu, bizim prioritetimizdir və bundan sonra da hərbi xərcləri artıracağıq. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ən müasir silah-sursat alınır və bu gün bu silahların, texnikanın bir hissəsi burada nümayiş etdirilib. Ordumuzun uğurlu inkişafı üçün maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcək. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur”.


 




 


Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov iyunun 26-da keçirilən nümunəvi təlimləri telekanallardan, mediadan diqqətlə izlədiyini, İlham Əliyevin çıxışını dinlədiyini bildirdi. Ü.Cəfərov qeyd etdi ki, belə təlimlərin olması ordunun döyüş hazırlığının yüksəlməsi üçün çox əhəmiyyətlidir, önəmlidir: “Mən bu cür təlimlərin hər zaman keçirilməsinin qatı tərəfdarlarından olmuşam. Belə təlimlər ümumiyyətlə həm də dövlətin gücünün bir göstəricisidir. Mənin 26 iyunda keçirilən təlimlərdən yeganə narazılığım odur ki, təlimlərin müəyyən mərhələsində KİV nümayəndələrini, Azərbaycandakı diplomatik missiyaların təmsilçilərini dəvət etməyiblər. Dünya praktikasında bu cür təlimlərin bir mərhələsini yaxından izləmək üçün KİV və diplomatik korpus nümayəndələrini dəvət edirlər. Bu qədər zəhmət, vəsait sərf olundu. Biz bunu qeyd etdiyim addımı atmaqla daha geniş təbliğ edə bilərdik. Təəssüf ki, edilmədi. Biz düşmənə geri çəkilməsi üçün mesaj ünvanlayırıq. Niyə bu mesajı hərtərəfli şəkildə çatdırmayaq? Bunu etmək axı o qədər də çətin deyil. Ümumiyyətlə, müdafiə naziri Zakir Həsənovun informasiya siyasəti heç də uğurlu deyil. Bu qüsurları ona görə deyirik ki, aradan qaldırılsın. Bundan incimək lazım deyil. İstənilən halda Müdafiə Nazirliyi informasiya siyasətində çox çevik olmalıdır”.


 


Hərbi ekspert ordunun maddi-texniki təchizatı, ən müasir texnika ilə təmin olunduğu barədə prezident İlham Əliyevin açıqlamalarının sevindirici olduğunu dedi: “Mən inanmaq istəyirəm ki, ordumuzun müasir hərbi texnika, silahla təminatında vəziyyət hələ prezidentin açıqladığından da yüksək səviyyədədir. Belə olması dövlətimizin, hər birimizin xeyrinədir”.


 


Ü.Cəfərov Ali Baş Komandanın orduda islahatların davam etdiriləcəyi barədə bəyanatının da ciddi məqamlardan xəbər verdiyini vurğuladı: “Prezidentin islahatların davam etdiriləcəyini bəyan etməsi o deməkdir ki, indiyə qədər islahatlar aparılıb, ancaq yetərincə aparılmayıb. İlham Əliyevin sözlərindən bu nəticəni çıxarmaq olar ki, böyük ehtimalla silahlı qüvvələrdə, xüsusən də orduda xeyli dəyişikliklər edilməsi planlaşdırılıb. Bu işlərin həyata keçirilməsi prezidentin planlarında yer tutur. Mən çoxlu sayda zabitlər tanıyıram, onların mövqelərini bilirəm. Ona görə də təklif edirəm ki, həyata keçiriləcək islahatlar ilk növbədə prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevin işdən kənarlaşdırılması ilə başlansın. Vahid Əliyev prezidentə yetərincə dolğun, düzgün informasiyalar vermir. Silahlı qüvvələr günündə Vahid Əliyev yenə də öz yaxın ətrafına rütbələr, orden-medallar verilməsinə nail oldu. Orduda aparılmayan islahatlara görə əgər Səfər Əbiyev günahlandırılırdısa, günahın bir ucu da Vahid Əliyevə aiddir. Vahid Əliyev isə hələ də vəzifəsində qalır”. 


 


Ekspert onu da bəyan etdi ki, Ermənistan və Qarabağ münaqişəsinin həllinə mane olan böyük güclər Azərbaycan prezidentinin hərbi geyimdə “Səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır” bəyanatını verməsindən nəticə çıxarmalıdırlar.


 


Azərbaycanda hərbi sektora külli miqdarda vəsaitin sərf edilməsinə isə iqtisadçı ekspert Vüqar Bayramov münasibət bildirib. Moderator.az-a açıqlamasında Vüqar Bayramov deyib ki, hərbə daha çox vəsaitin ayrılması iqtisadi inkişafın imkanlarını azaltsa da, indiki halda məlum siyasətdən imtina etmək mümkünsüzdür: “Nəzərə alsaq ki, Azərbaycanın torpaqları işğal altındadır, Ermənistanla münaqişə davam edir və Ermənistan Rusiya tərəfindən praktik olaraq silahlandırılır, bu baxımdan hərbi sektora böyük vəsaitlərin ayrılması qaçılmazdır. Hərbi xərclərin artırılmasının psixoloji təsiri də var və bu, danışıqlara da öz təsirini göstərən amildir. Avropada xərclər rəqəmlərlə deyil, faiz göstərici ilə müəyyən edilir. Azərbaycanda dövlət büdcəsinə gəlirlər 25 milyarddan çoxdur. Bu baxımdan Azərbaycanın hərbi xərclərə ayırdığı vəsaitlər Avropadakı standartlar çərçivəsindədir. Əgər müharibə olmasaydı, hərbə ayrılan vəsaitləri iqtisadiyyatın müxtəlif sektorlarına yerləşdirmək, ondan daha səmərəli istifadə etmək mümkün olardı. Lakin təəssüf ki, bu, indiki halda mümkünsüzdür”.

Teqlər:
Bu xəbər cəmi 2035 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR