Futbol üzrə Uruqvay yığmasının hücumçusu Luis Suares son oyunda İtaliya yığmasının üzvü Corco Kellinini dişləməsindən sonra Çində məşhurlaşıb. Hətta onun bu hərəkəti yerli sahibkarlara yeni biznes-ideya verib.
Çinlilərə məxsus “Taobao” adlı internet-mağazada formaca Luis Suaresi xatırladan qapaqaçan satışa çıxarılıb. Qapaqaçanın üstündə “Suareslə bütün qapaqlar rahat açılır” sözləri yazılıb. Malın qiyməti isə o qədər də baha deyil: cəmi 15 yuan (2,5 dollar).
Xatırladaq ki, Uruqvayın hücumçusu Suares Kyellinini dişlədiyinə görə artıq sərt şəkildə cəzalanıb. O, dünya çempionatından qovulub. Üstəlik, 4 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb.