Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əsgər niyə ölüb?

Əsgər niyə ölüb?
Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə məlumat yaydı


Qazax rayonundakı N saylı hərbi hissədə əsgər Seymur Allahverdiyevin müəmmalı ölümü ilə bağlı Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Seymur Mürvət oğlunun ölməsi faktı ilə əlaqədar hərbi prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib, baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən əşyalar götürülüb, məhkəmə-tibbi ekspertin, prokurorun və müstəntiqin iştirakı ilə meyidin xarici və daxili müayinəsi aparılmış və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.



Mərhum S.M.Allahverdiyevin meyitinin xarici və daxili müayinəsi zamanı onun bədən səthində odlu silahdan açılmış atəşlər nəticəsində əmələ gəlməyə xarakterik xəsarətlərdən başqa, digər hər hansı xəsarət və ya xəsarət izləri, o cümlədən döyülmə nəticəsində əmələ gələ bilən hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. İlkin araşdırma ilə müəyyən edilib ki, MN-nin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan əsgər Allahverdiyev Seymur Mürvət oğlu 28 fevral 2013-cü il tarixdə, saat 15.10 radələrində döyüş postunda xidmət apararkən öz xidməti istifadəsində olan silahdan baş nahiyəsinə atəş açmaqla özünü öldürüb.



Faktla bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.Hazırda S.M.Allahverdiyevin özünü öldürməsinin səbəb və şəraitinin, ona qarşı hər hansı zorakı hərəkətlərin edilib-edilməməsinin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz intensiv istintaq hərəkətləri yerinə yetirilir.



“Lakin buna baxmayaraq, Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətləri təəssüf hissi ilə bildirir ki, bu hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə mərhum əsgər Seymur Allahverdiyevin guya döyülərək öldürülməsi barədə heç bir reallığa əsaslanmayan qərəzli çıxışlar edilir, təyin edilmiş ekspertiza rəyləri və digər istintaq hərəkətlərinin nəticələri məlum olmadan müxtəlif əsassız fərziyyələr irəli sürülməklə ictimaiyət çaşdırılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun mətbuat xidmətləri bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq, ordu barədə mənfi və əsassız fikirlərin formalaşması məqsədlərinə xidmət etməklə, müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və reallığa əsaslanmayan fikirlərin sosial şəbəkələrdə yayımlanması yolverilməzdir. Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir, istintaqın gedişi və nəticələri barədə əlavə məlumat veriləcək”.


Teqlər:
Bu xəbər cəmi 1640 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR