İyunun 28-dən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, iyunun 28-dən 29-na keçən gecədən başlayaraq Bakıda və rayonlarda güclü külək müşahidə olunacaq, havanın temperaturu düşəcək.
Qeyd edək ki, güclü küləklə əlaqədar bir sıra dövlət qurumlarına xəbərdarlıq da olunub. Belə ki, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yaydığı məlumata görə, iyunun 28-də Bakıda küləyin güclənəcəyi ilə əlaqədar dövlət bayrağı hava sabitləşənədək endiriləcək.
Məlumatda həmçinin bildirilir ki, bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatı əsasında qəbul olunub.