Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Funikulyoru açıldı

Bakı Funikulyoru açıldı
Bakı Funikulyoru bu gün yenidən istifadəyə verilib.


2012-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilən Bakı Funikulyoru iki həftəyə yaxın idi ki, fəaliyyətini dayandırmışdı. Funiklyor işçiləri bildirilib ki, xidmətin dayandırılmasına səbəb texniki nasazlıq olub. Deyilənlərə görə, texniki nasazlığı aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən sifariş olunub. Məhz həmin detalın Bakıya gəlməsi bir müddət tələb edib. Bu səbəbdən də, funikulyor həmin müddətdə qapalı qalıb.



Bakı Funikulyoru əməkdaşları bildiriblər ki, artıq onlar fasiləsiz işləyəcəklər. İndi Funikulyorun əsas istifadəçiləri xarici turistlərdir.



Qeyd edək ki, Bakı Funikulyoru 1960-cı ildə Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilərək 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxımıza gətirilib. Funikulyorun 2 “Bəhram Gur” və “Şəhidlər Xiyabanı” stansiyaları fəaliyyətdədir.



Stansiyalar arası məsafə 455 metrdir. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edir. Vaqonlararası interval 10 dəqiqədir. Funikulyorda gediş pulsuzdur.



Sonuncu dəfə 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra bir daha istifadəyə verilən funikulyorun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştrak ediblər. (anspress)


Teqlər:
Bu xəbər cəmi 1290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR