O qeyd edib ki, əsas nümunə kimi Londonda tikilən stadion götürülüb. Abdullayev vurğulayıb ki, yeni tikiləcək Olimpiya stadionu Londondakı stadiondan heç də geri qalmayacaq, əksinə, bir sıra üstünlükləri ilə fərqlənəcək.
Stadionda oturacaq yerlərinin sayına gəlincə, Abdullayev 64 min daimi, 4 min isə müvəqqəti yerin olacağını deyib.
Yeni stadionun dövlət büdcəsindən ayrılan vəsait hesabına tikiləcəyini deyən ARDNŞ prezidenti qeyd edib ki, bu, 640 milyon ABŞ dollarına başa gələ bilər, lakin bu dəqiq rəqəm deyil, arta və ya azala da bilər.