İcra Hakimiyyətindən daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ordumuzun şanlı tarixindən, onun yaradılmasında Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb, onun ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu, onun böyük quruculuq yolu keçərək, öz peşəkarlığını artırdığını, maddi-texniki bazasını mütəmadi gücləndirərək mənfur düşməni hər an məhv etməyə hazır olan bugünkü yüksək səviyyəyə gəlib çatdığını bildirib.
Tədbirə qatılan Qarabağ müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirib, eyni zamanda, işğal altındakı bütün torpaqlarımızın yağı düşməndən tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə ediblər. Sonda Rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ müharibəsi əlilləri və veteranlarına maddi yardım göstərilib.