Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda benzinin keyfiyyəti getdikcə pisləşir

Azərbaycanda benzinin keyfiyyəti getdikcə pisləşir


"Avro-4" standartlarına keçiddən sonra ölkəmiz 8 pillə geriləyərək 77-ci yerdə qərarlaşıb.



ABŞ-ın Beynəlxalq Yanacaq Keyfiyyəti Mərkəzi (IFQC) 100 ölkə arasında benzinin keyfiyyətinin qiymətləndirilməsinə dair 2014-cü ilin reytinqini açıqlayıb. Məlum olub ki, benzinin qiyməti 30 faiz bahalaşandan və "Avro-4" standartlarına keçiddən sonra Azərbaycanda benzinin keyfiyyəti daha da pisləşib. İFQC-nin reytinqinə görə, Azərbaycan 8 pillə geriləyərək 77-ci yerdə qərarlaşıb. Qeyd edək ki, ötən il ölkəmiz 69-cü pillədə idi. İlk onluğa daxil olan ölkələrə gəlincə, bunlar Almaniya, Yaponiya, Avstriya, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, İsveç, Albaniya, Belçikadır.



Azərbaycanla qonşu olan dövlətlərdən Türkiyə 36-cı, Rusiya 59-cu, Gürcüstan 61-ci, Ermənistan 75-ci yerdə durur. Siyahının sonunda isə Suriya qərarlaşıb. Qeyd edək ki, təşkilat benzinin keyfiyyətini tərkibindəki kükürdün miqdarına əsasən götürür. Burada əsas götürülən meyarlar  milli standart və qanunvericilikdə icazə verilən maksimum hədd; qanunvericilikdə nəzərdə tutulan həddin könüllü icrası; şəhər və bölgələr üzrə tətbiq olunan standart, market səviyyəsi və sair  məsələlər daxildir.



Göründüyü kimi, Azərbaycanın "Avro-4" standartlarına keçidi, istehlakçılara keyfiyyətli Aİ-95 markalı benzin təqdim edilməsi üçün istehsalı dayandırması reytinq cədvəllərində daha da geriləməyimizə səbəb olub. Hələ 2010-cu ildə "Avro-2"-yə keçid zamanı keyfiyyətin artacağına, daha ekoloji təmiz yanacağın olacağına dair vədlər verilirdi. Bəs nə dəyişdi? Belə görünür ki, dəyişiklik yalnız geriyə baş verib.



Sürücüləri hazırkı yanacağın keyfiyyəti qane etmir. Onları həm kəmiyyətdə, həm də keyfiyyətdə aldadırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "bizim yol"a şərhində bildirdi ki, ölkədə istehlakçıların keyfiyyətli benzinlə təmin olunmasında ciddi problemlər var. Ekspert deyir ki, təşkilatlarına bununla bağlı çoxlu sayda şikayət daxil olur:



"Əlbəttə, problemləri araşdırıb üzə çıxarmaq mümkün deyil. Sivil ölkələrdə yanacaqdoldurma məntəqələrində menzurkalar qoyurlar. İstehlakçı aldığı benzinin miqdarının düzlüyünü bu aparatla yoxlaya bilər. Azərbaycanda belə sistem yoxdur".



E.Hüsyenov vurğuladı ki, keyfiyyətsiz benzin avtomobilin tez sıradan çıxmasına gətirib çıxarır: "Təəssüf ki, keyfiyyəti müəyyən etmək üçün heç bir alternativ mənbə yoxdur. Ancaq istehlakçılar üçün də belə şərait yaradılmalıdır. Bunun üçün müstəqil, heç kimdən asılı olmayan labarotoriyalar fəaliyyət göstərməlidir. Satılan benzinin keyfiyyətindən şübhəli qalan istehlakçılara analizin cavabı ilə tanış olmaq imkanları yaradılmalıdır".



Hökumət rəsmiləri isə bildirirlər ki, ölkədə keyfiyyətli benzin istehsalına yeni Neft-Kimya Kompleksinin istifadəsindən sonra başlamaq mümkün olacaq. Hazırda müəssisə tikilir və 2029-cu ildə təhvil verilməsi gözlənilir.



Bundan əlavə, bir sıra ekspertlərin fikrincə, yanacağın keyfiyyətinin müəyyənləşməsi ilə bağlı qanunvericilikdə boşluqlar mövcuddur. "Neft-qaz haqqında" qanunun olmaması bu istiqamətdə prosesləri tənzimləməkdə çətinliklər yaradır. Yəni istehlakçı onlara hansı keyfiyyətdə yanacaq və dizelin satılmasının vacib olduğunu bilmir.


Teqlər:
Bu xəbər cəmi 1920 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR