Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gənclər və İdman Nazirliyi müsabiqənin nəticələrini açıqladı

Gənclər və İdman Nazirliyi müsabiqənin nəticələrini açıqladı
Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələri bəlli olub.


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ilin yanvar ayının 17-dən fevral ayının 17-dək Gənclər və İdman Nazirliyi tərəfindən aşağıdakı istiqamətlər üzrə müsabiqə elan olunub.



- Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;



- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;



- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;



- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;



- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;



- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;



- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;



- gənclərin hüquqi maarifləndirilməsində iştirak;



- ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;



Müsabiqəyə 155 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim ediblər. 10 qeyri-hökumət təşkilatı gənclər təşkilatı olmadığından onların layihələri baxılmadan geri qaytarılıb. Ümumilikdə 145 gənclər təşkilatının layihəsi müsabiqənin qaydalarına uyğun olaraq ətraflı təhlil edilmiş və öyrənilib. Nəticədə 110 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 2.020.559 manat və 115.000 avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.


Teqlər:
Bu xəbər cəmi 1120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR