Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, son üç ildə Horadiz şəhərində işğal dövrü dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülmüş, küçələr yenidən qurulub. Ümumi uzunluğu 15 kilometrdən artıq olan həmin küçələr yenidən salınmış, yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, işıqforlar quraşdırılmış, yollar boyunca həmişəyaşıl ağaclar əkilib.