Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bayrağın cırılmasının səbəbi açıqlandı – RƏSMİ

Bayrağın cırılmasının səbəbi açıqlandı – RƏSMİ
“Bayraq dirəyi üçün külək heç bir təhlükə yaratmır”.


Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidməti iyunun 22-də bayrağın endirilməsi ilə bağlı məlumat yayıb.



İdarədən verilən məlumatda bildirilənə görə, texniki göstəricilərə görə Dövlət Bayrağı küləyin sürəti saniyədə 28 metrə çatana qədər dirəkdə saxlanıla bilir.



“22.06.2014-cü il tarixinə olan hava proqnozunda küləyin güclü olacağı bildirilsə də, onun saniyədə 30-35 metrə çatacağı barədə heç bir məlumat olmayıb. Küləyin sürətinin qəflətən qısa müddət ərzində kəskin artdığını görərək, bayrağın endirilməsinə qərar verilib. Bayrağın endirilməsi prosesi 17 dəqiqə vaxt tələb edir.



Çəkisi 350 kq, sahəsi 2450 kvadratmetr olan bayraq endirilərkən küləyin güclü təzyiqinə (saniyədə 33 m) tab gətirməyib” - deyə açıqlamada qeyd olunur.



İdarədən o da bildirilib ki, küləyin sürəti aşağı enən kimi Dövlət Bayrağı yenidən qaldırılacaq:



“Hündürlüyü 162 metr olan bayraq dirəyi üçün külək heç bir təhlükə yaratmır”.


Teqlər:
Bu xəbər cəmi 1455 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR