Türkiyənin Sakarya şəhərində iki ildir ki, at ətindən dönər hazırlayıb satan bir dönərçinin fəaliyyət göstərdiyi barədə qalmaqal ortaya çıxıb. Türkiyə mətbuatının xəbərinə görə, həmin dönərin digərlərindən daha ucuz qiymətə satıldığı müəyyənləşib. Kopal adlı bir qəssab mətbuata açıqlamasında bildirib ki, o, həmin dönərçinin at ətindən istifadə etdiyinə əmindir: “33 ildir ki, qəssablıq edirəm. At ətini dana ətindən ayıra bilirəm. Əminəm ki, həmin dönərçi at ətindən istifadə edir”.
Qeyd edək ki, aidiyyatı qurumlar bu barədə rəsmi açıqlama verməkdən boyun qaçırıblar.