Amerikaya səfəri zamanı ona R.İbrahimbəyovun ona telefon açdığını deyən R.Quliyev ölkədəki ictimai-siyasi durumla bağlı fikir mübadiləsi apardıqlarını bildirib.
“Bəli, Rüstəm İbrahimbəyovla görüşməmişik, amma telefon vasitəsilə əlaqə saxlamışıq. Danışıqlarımızda Azərbaycandakı ictimai-siyasi durumdan söz açmışıq, hazırki vəziyyətlə bağlı fikir mübadiləsi aparmışıq. Danışığımızda başqa xüsusi bir məqam olmayıb”,-deyə R.Quliyev açıqlama verib.
Qeyd edək ki, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyova mətbuata verdiyi müsahibədə Amerika səfərindən danışarkən Rəsul Quliyevlə görüşə bilmədiyini, telefon əlaqəsi saxladığını bildirmişdi.