Ötən gün mal-qara üçün qış tədarükü görən kəndlilər Ermənistan silahlıları tərəfindən atılan güllərdən canlarını birtəhər qurtara biliblər. Düşmən postlarına yaxın ərazidə traktorlarla ot biçib, həmçinin onu daşımağa çalışan sakinlər təxminən 2 saata yaxın atəşə tutulublar. Traktoru ilə ot biçən zaman Rahim Həsənov güllə səslərini eşitməsə də, qəfildən texnikanın şininə dəyən qəlpə onu traktorun kabinəsindən kənara tullanmağa məcbur edib. Digər traktor sürücüsü, Gədəbəy sakini Xəqani Cəfərov da atışma vaxtı həyəcanlı anlar yaşadıqlarını bildirdi.
Ot biçini aparan texnikanı görən düşmən atəş açan zaman sahədə böyuk toz burulğanı yaranıb. Sakinlər bu zaman onların hədəf seçildiyini anlayraq ərazidən uzaqlaşmağa çalışıblar. 2 saata yaxın davam edən gülləboran zamanı nəinki biçilmiş otu heç texnikaları da sahədən çıxarmaq mümükün olmayıb. Gecə saatlarında işıqsız halda traktorlar ot biçilən sahələrdən təhlükəsiz əraziyə gətirilib.
Qeyd edək ki, dinc sakinəri hədəf seçən düşmən ordusu, müxtəlif silahlardan açdığı güllələrlə iyunun 18-i axşam, 19-u səhər saatlarında Əlibəyli kəndinin 3 sakinini yaralayıb ki, onlardan da biri azyaşlıdır.