Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Putinlə ittifaq bizə baha başa gələ bilər”

“Putinlə ittifaq bizə baha başa gələ bilər”


 



Vəfa Quluzadə: “Rusiya öhdəlik götürə bilər ki, 7 rayonu boşaldıb öz sülhməramlılarını ora yerləşdirir”



Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri ətrafında müzakirələr davam edir. Rusiyalı diplomatın Azərbaycana konkret Qarabağ təklifləri ilə gələcəyi gözləntisi Ermənistanda aşkar narahatlıq yaratsa da, bu səfərin detalları hələ də açılmamış qalır. İyunun 22-23-də isə Lavrov Ermənistanda səfərdə olacaq və bu dəfə Azərbaycandan nəzərlər Rusiya XİN başçısının işğalçı ölkədə hansı mövqedən çıxış edəcəyinə yönəlib.



 


Məlumata görə, Lavrov erməni həmkarı Edvard Nalbəndyanla görüşəcək və ardınca birgə mətbuat konfransı keçirəcək. Səfər zamanı Lavrovun İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəyi bildirilir. Bu mövzuda danışdığımız sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Moskvanın Qarabağ siyasətində dəyişiklikləri mümkün sayır, lakin bircə halda...


 


- Vəfa bəy, Sergey Lavrovun Bakı səfərində müzakirə olunan məsələlər, ələlxüsus da Qarabağ məsələsinin çözümü ilə bağlı ortaya qoyulan konkret təkliflər haqda informasiyalarınız nədən ibarətdir?


 


- Sözsüz ki, Lavrovun Azərbaycana səfəri Azərbaycanı Gömrük İttifaqına və Avrasiya İttifaqına cəlb etməkdən ibarət idi. Rusiya ilə Ukrayna arasında müharibə hər an alovlana bilər. Ona görə də Azərbaycan Rusiya, Gömrük İttifaqı və Avrasiya İttifaqı üçün olduqca əhəmiyyətli bir dövlət olacaq. Sözsüz ki, Azərbaycan onun ərazilərini işğalda saxlayan Ermənistanla birlikdə Gömrük İttifaqına daxil ola bilməz. Azərbaycan və Ermənistan arasında müharibə vəziyyəti davam edir. O səbəbdən düşmən ölkə ilə bir ittifaqda olmağımız mümkün deyil. Buna görə də Rusiyanın təklifi aşağıdakından ibarət ola bilər: Moskva Azərbaycanla Ermənistan arasında sülh vəziyyətini yaratmaq istiqamətində addım atacaq. Yəni Ermənistanla razılığa gələcək ki, Azərbaycanın rayonlarının işğaldan azad edilməsinə başlanılsın. Mən inanmıram ki, Rusiya birdəfəlik Azərbaycanın 7 rayonunu azad etsin. Bunu etmək istəməyəcək. Hələ 1999-cu ildə Heydər Əliyevlə Köçəryan arasındakı danışıqlarda qərara gəlinmişdi ki, Ermənistan şərtsiz 7 rayondan çıxır, bura heç bir sülhməramlı daxil olmur.  






- Rusiyalı nazir 22 iyunda İrəvanda olacaq. Lavrovun Ermənistan səfərindən gözləntilər nədir?  


 


- İndi Lavrov İrəvana gedir və prezident İlham Əliyev Putinlə telefonla danışacaq. Rusiya prezidenti də bildirəcək ki, Gömrük İttifaqına daxil olursunuz, Ermənistanla da sülh prosesi başlayır, biz buna qarantiya veririk. Yaxud bu qarantiyanın əsası 1-2 rayonun boşaldılmasından başlaya bilər. Burada sözsüz ki, Rusiyanın sülhməramlı məsələləri də ortalığa gələ bilər. Rusiya öhdəlik götürə bilər ki, 7 rayonu boşaldıb öz sülhməramlılarını ora yerləşdirir. Mən inanmıram ki, Rusiya 7 rayonu öz nəzarəti olmadan işğaldan azad etmək arzusunda olsun. Bax, bu variantlar mümkündür, başqa bir şey gözləmirəm. 


- Ermənistanda bəzi ekspertlər hesab edir ki, Rusiyanın davranışları ermənilərə dərs olmalıdır. Doğrudanmı ermənilər üçün kritik vəziyyət yaranıb? 


 












““Moskvanın hazırkı siyasəti Azərbaycanı yenidən ram etməkdir” 







 


- Ermənilər üçün heç bir kritik vəziyyət yaranmayıb. Ermənistan qeyri-qanuni olaraq Rusiya ilə bərabər Azərbaycanın 7 rayonunu viran qoyub. Sözsüz ki, Rusiyanın siyasəti Azərbaycanı Gömrük İttifaqına qoşmağı tələb etsə, Moskva buna gedə bilər. Amma Azərbaycan buna getməməlidir. Azərbaycan futbol meydançasında olduğu kimi bu məsələdə də bütün sahəni görməlidir. Baxmalıdır ki, Putin Krımı işğal edəndən, Rusiya ilə  Ukrayna ilə müharibəyə başlayandan, ora gizlicə silah-sursat, ağır texnika göndərəndən sonra vəziyyət daha da gərginləşib. Bunun ardınca aktiv müharibə fazası başlayacaq. Fakt budur ki, İkinci Dünya müharibəsi ərəfəsində Hitlerə münasibət necə idisə, indi Putinə də münasibət o cürdür. Amma Putinlə ittifaqa girməyimiz bizə baha başa gələ bilər. Çünki Avropa ilə Amerika birləşib Putin rejiminin əleyhinə dirəniş göstərəcək. Nəticə etibarilə Putin tərəfi uduzan tərəf olacaq. Gömrük İttifaqına daxil olsaq, biz də Rusiya ilə bərabər məğlub duruma düşəcəyik. Necə ki, o vaxt faşist Almaniyasına qarşı bütün dünya birləşmişdi, indi də Rusiyaya münasibətdə vəziyyət eynidir. 


 


- Belə demək olarmı ki, Rusiya ilə bir ittifaqda olsaq, Qarabağ məsələsi ilə bağlı beynəlxalq aləmdəki dəstəyimizdən də məhrum ola bilərik?  


 


- Bəli, tamamilə belədir. Bugünlərdə Amerikanın bəyanatı oldu, məncə, Morninqstar tərəfindən. Ona eyham vuruldu ki, Rusiya Azərbaycanı yenidən tələyə salmaq, yavaş-yavaş Azərbaycanı öz yanına dartıb aparmaq istəyir.  


 


- Amma bu da var ki, ABŞ Qarabağ separatçılarına, işğalçı Ermənistana maliyyə yardımı ayırmaqla Azərbaycanı tərəddüdlər qarşısında qoyur. Ermənistanın Rusiyanın yanında yer almasının qarşılığında Vaşinqton fərqli davrana bilərdi, nədən davranmır?  


 


- ABŞ-ın Dağlıq Qarabağa humanitar məqsədlər üçün ayırdığı yardım ciddi bir şey deyil. Ona görə gəlin bunu öz təbliğatımızda Amerikanın əleyhinə bir dəlil kimi istifadə etməyək. Bu dəqiqə söhbət bizim Gömrük İttifaqına daxil olmağımızdan gedir. Rusiyanın elə bir təklifi ola bilməz ki, bizi Gömrük İttifaqına üzv eləsin. Çünki bu quruma daxil olmaq Azərbaycan dövlətinin öz müstəqilliyindən imtina etməsinə gətirib çıxara bilər. Qarabağ məsələsi beynəlxalq hüquq əsasında həll olunmalıdır. Rusiya isə Qarabağ məsələsini beynəlxalq hüquq əsasında həll etmək istəmir, hətta həmsədr olaraq daim məsələnin həllinə problem yaradır. Rusiya Qarabağ məsələsinin çözümünə imkan verməmək üçün Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıb, ondan əvvəl İranın təşəbbüsü ilə sülh sazişinin imzalanmasına Şuşanı işğal etməklə imkan verməyib. 1999-cu ildə də ATƏT-in İstanbul sammitində Qarabağ məsələsi həll olunacaqdı. Ermənistan parlamenti gülləbaran olunandan sonra məsələ gündəlikdən çıxarıldı. Bu mənada mən inanmıram ki, Rusiya bizim torpaqlarımızı şərtsiz azad etsin. 


 


- Bu ərəfədə Naxçıvanın düşmənlə sərhədlərində gərginliyin artması nə ilə bağlı ola bilər? Hətta erməni tərəfi bir yüksəkliyin ələ keçirildiyini iddia edir... 


 


- Azərbaycan Müdafiə Nazirliyi bütün bunları təkzib edir. Mən nəyə görə öz nazirliyimizə yox, düşmən təbliğatına inanmalıyam? Amma mən daim demişəm ki, Naxçıvanı əsgəri baxımdan ciddi surətdə möhkəmlətmək lazımdır. Çünki bizə hər hansı başqa istiqamətdən erməni hücumu olsa, biz Naxçıvandan düşməni yerində oturda bilərik. Ona görə də Naxçıvan cəbhəsi olduqca güclü olmalıdır. Üstəlik, əgər ermənilər bizim Naxçıvanda hansısa yüksəkliyi tutubsa, bu, Naxçıvandan gələn komanda ilə olub. Başqa cür ola bilməz. Bu da Moskvanın siyasəti, bizə ünvanlı hədəsidir ki, baxın, görün, biz hər şeyi edə bilərik. 


 


- Erməni deputatlarının bir qrupu NATO-nun tədbirində iştirak edib geri dönəndən sonra daha bir qrup Bakıya gələcək, bu dəfə ATƏT PA-nın toplantısına. Bu səfərləri necə qiymətləndirmək olar?


 












““Mən ömrümdə xalq diplomatiyasını dəstəkləməmişəm” 







 


- Bu səfərlər o deməkdir ki, ermənilər Azərbaycana yox, NATO, ya ATƏT-in tədbirinə gəlir, yaxud gələcək. Onlar Azərbaycan tərəfindən dəvət olunsaydı, buna fərqli yanaşmaq olardı. Beynəlxalq tədbirlər dünyanın harasında deyirsinizsə, keçirilə bilər. 






- Son günlər rəsmi Bakıdan ermənilərə ünvanlı çağırışlar oldu, həmçinin Azərbaycandan sığınacaq istəyən ermənilər tapıldı. Sizcə, bu prosesdə bir uduş varmı? 


 


- Bunlar xırda məsələlərdir. Mən ömrümdə xalq diplomatiyasını dəstəkləməmişəm. Səbəb də ondan ibarətdir ki, biz ermənilərlə bir dövlət çərçivəsində mehriban şəraitdə yaşamışıq, ancaq sonra yenidən bir-birimizin qanını tökməyə başlamışıq. Bu, Rusiyanın imperiya siyasətidir. Bunu Rusiya ötən əsrin əvvəllərində təşkil etmişdi, ermənilər gəlib azərbaycanlıları Gəncədə, Bakıda, digər yerlərdə qırırdılar. Ondan sonra Rusiya Azərbaycanın böyük bir hissəsini Ermənistana verib əmr etdi ki, sülh olsun. 


 


Biz də 70 il sülh şəraitində yaşadıq. Sovet imperiyası çökəndən sonra isə imperiya maraqlarına xidmət naminə bu iki xalqı toqquşdurdu. Ona görə də görüşmək, bir-birimizlə mehriban münasibətlər qurmaqla bağlı təşəbbüslər boş şeydir. Moskvanın siyasəti dəyişməyincə müharibə vəziyyəti dəyişməyəcək. Rusiyanın siyasəti də imperiyanın çökməsindən sonra dəyişə bilər. Çünki Moskvanın hazırkı siyasəti Azərbaycanı yenidən ram etməkdir. Başqa bir şey yoxdur...

Teqlər:
Bu xəbər cəmi 1145 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR