“Yenimeydan.info” ANS-ə istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə aid olan ümumtəhsil məktəbləri və Araz kurslarında təhsil alan şagirdlər və çalışan pedoqoji heyətin yerləşdirilməsi ilə bağlı Təhsil Nazirliyində yaradılan işçi qrupu artıq işlərə başlayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, Azəbaycan Beynəlxalq Təhsil Kompleksinə aid olan bu müəssisələrdə 3200 şagird təhsil alırdı və 500-ə yaxın müəllim çalışırdı. 11 təhsil müəssisəsində şagirdlər 7-ci sinifdən, 1 gimnaziyada isə şagirdlər 1-ci sinifdən bu məktəblərdə təhsil alırdılar. Azərbaycanın müxtəlif bölgələrində yaxşı təhsil müəssisələrinin olduğunu deyən Cəsarət Valehov həmin təhsil müəssisələrində oxuyan şagird və çalışan müəlimlərin yerləşdirilməsində heç bir problem olmayacaqğını deyib. “Şəki, Ağdaş, Quba, Gəncə və Lənkəranda da bu təhsil müəssisələri fəaliyyət göstərirdi və orada oxuyan şagirdlərin yerləşdirilməsində problem olmayacaq. Biz şagirdləri və onların valideynlərini əmin etmək istəyirik ki, həmin təhsil müəssisələrinin yerləşdiyi bölgələrdə kifayət qədər yaxşı təhsil mərkəzləri var və bu təhsil mərkəzlərinin reytinq göstəriciləri Azərbaycanın müxtəlif bölgələrində yaxşı qiymətləndirilib. Şagirdlərin seçiminə uyğun olaraq həmin şagirdlər orada yerləşdiriləcəklər".
Təsisçilərin qərarına əsasən, Araz kursla ilə yanaşı Ağdaş, Bakı, Quba, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan liseyləri həmçinin Dədə Qorqud və Qafqaz Gimnaziyalarının bağlanması nəzərdə tutulur. Beynəlxalq Təhsil Kompleksinə aid olan bu müəssisələrdə 3200 şagird təhsil alırdı və 500-ə yaxın müəllim çalışırdı. Bağlanan 11 təhsil müəssisəsində şagirdlər 7-ci sinifdən, gimnaziyada isə 1-ci sinifdən təhsil alırdılar.
Cəsarət Valehovun sözlərinə görə, liseylərdə təhsil alan və işləyən şəxslərin hüquqları və mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq.
Növbəti 2 ay ərzində isə pedoqoji heyətin yerləşdirilməsi ilə bağlı qərarlar qəbul olunacaq. Artıq növbəti dərs ilində bütün şagird və müəlimlər yerləşdiriləcəklər.
Araz kurslarının fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək. Təhsil Nazirliyi Dövlət məktəblərinin kifayət qədər şagird qəbul etməyə imkan və şəraitinin olduğunu da bildirir.