“AzərTAc” xəbər verir ki, noyabr ayında 33 yaşı tamam olacaq futbolçu Braziliyada dünya çempionatına start verilməmiş belə qərara gəlib və bu qərar komandanın turnirdəki uğursuz nəticələri ilə bağlı deyil.
Xabi Alonso İspaniya yığmasında 2003-cü ildən çıxış edir. Bu müddət ərzində o, 113 oyunda iştirak etmiş, 16 qol vurmuş, milli komandanın heyətində iki Avropa çempionatının (2008, 2012), bir Dünya çempionatının (2010) qalibi və Konfederasiyalar Kubokunun bürünc mükafatçısı (2009) olub.
Braziliyada keçirilən Dünya birinciliyində İspaniya komandası Niderland (1:5) və Çili (0:2) yığma komandalarına uduzub və 1/8 finala çıxmaq imkanından məhrum olub.
İspanlar bazar ertəsi qrup mərhələsində Avstraliya komandası ilə yekun matçında turniri başa çatdıracaqlar.