Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əmək müqavilələrinin elektron qeydiyyatı başlayır

Əmək müqavilələrinin elektron qeydiyyatı başlayır
İyulun 1-dən əmək müqavilələri haqda bildirişlərin elektron qeydiyyatı sistemi işə düşür.


İşəgötürənlərə əvvəllər bağlanmış əmək müqavilələrini qeydiyyata saldırmaq üçün 3 ay əlavə vaxt verilməsi və geniş maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, artıq bu sistemlə bağlı Qaydalar nazirliyin rəsmi www.mlspp.gov.az saytında yerləşdirilib.



Sənəddə əmək müqaviləsi bildirişinin formaları və həmin bildirişin elektron informasiya sisteminə daxil edilməsi, əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda, əmək müqaviləsi bildirişi və müvafiq Əlavələrdə onların formaları, bildirişlərin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması və s. qaydalar əksini tapır.



Elektron informasiya sistemi bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyur. Əgər məlumat sistem tərəfindən qəbul edilmirsə, bununla bağlı dərhal müvafiq məlumat göstərilir. Sistemdə qeydiyyata alınmış məlumatların məlumat bazasında saxlanılması müddəti məhdudlaşdırılmır.


Teqlər:
Bu xəbər cəmi 1365 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR