Türkiyənin ən məşhur prodüser və teleaparıcılarından olan Acun Ilıcalı Star TV telekanalını tərk edir.
Star TV telekanalı ötən mövsümdə məhz Acun Ilıcalının proqramları və "Muhteşem yüzyıl" teleserialı sayəsində çox yüksək reytinqlərə nail olmuşdu.
Acun Ilıcalı indi satın aldığı TV8 telekanalını inkişaf etdirməklə məşğuldur.
Star TV telekanalının rəhbərliyi isə A.Ilıcalının gedişinə imkan verməmək niyyətindədir. Çünki Acunun proqramlarına görə telekanal çox böyük məbləğdə pullar ödəsə də, sonucda telekanalın reytinqləri yüsək olduğundan gəlirlər də çox olurdu.
İndiyədək "Fear Factor", "Survivor", "Var Mısın Yok Musun", "Devler Ligi", "Yetenek Sizsiniz Türkiye", "Yok Böyle Dans" və "O Ses Türkiye" kimi yüksək reytinqli proqramları hazırlamış A.Ilıcalı satın aldığı TV8 telekanalında yeni mövsümdən etibarən "Dilimin ucunda" şousunu təqdim edəcək.