Bunu azxeber.com-a açıqlamasında deputat Zahid Oruc söyləyib. O, bu gün parlament iclasında söz almaq istəyərkən Spiker Oqtay Əsədovun ona “sən danışmasan, gecə yata bilməzsən?” sualına münasibət bildirərkən belə deyib. Deputat spikerin onun haqqında ən düzgün və doğru sözü dediyini etiraf edib:
“Mən Oqtay müəllimə təşəkkür edirəm ki, o hər dəfə iclasın bitməsinə az bir zaman qalmasına baxmayaraq, mənim danışmaq təklifimi geri çevirmir. Ümumiyyətlə danışmayan adamlar üçün narahat olmaq lazımdır.Parlamentdə danışmayıb illərdir yatanlardan fərqli olaraq, gecə başqa səbəblərə görə yuxusuz qalanlardan fərqli olaraq mən Zahid Oruc kimi parlamentdə öz fikirlərimi hər zaman açıq şəkildə bildirmişəm. Düşünürəm ki, Oqtay müəllim çox doğru və dürüst söz işlədib. Həqiqətən də mən danışmasam yata bilmirəm”
Xatırladaq ki, iclasda Zahid Oruc “Çağ Öyrətim” məktəblərinin bağlanmasından danışıb.