MOK-dan verilən məlumata görə, məqsəd Olimpiya hərəkatı və sağlam həyat tərzini əhali arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Olimpiya çempionları, müxtəlif idman federasiyalarının nümayəndələri və başqaları iştirak edəcəklər.
Festival iştirakçıları kütləvi qaçışla yanaşı, şən və inteqrasiyalı idman fəaliyyətlərində, o cümlədən idmanın müxtəlif növlərində məharətlərini sınayacaqlar. Festivalın proqramına idmanla yanaşı, bədii-əyləncəli və musiqili çıxışlar da daxil edilmişdir. İdman və əyləncəli yarış proqramlarında fəallıq göstərən iştirakçılar və qaliblər Beynəlxalq Olimpiya Komitəsinin diplomları, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin hədiyyələri ilə təltif olunacaqlar.