Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ermənilər Naxçıvanda yüksəkliyi tutubmu? – Müəmmalar

Ermənilər Naxçıvanda yüksəkliyi tutubmu? –  Müəmmalar
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin Naxçıvan istiqamətində bu günlərdə gedən güclü atışmaların səbəbi üzə çıxıb.


Erməni hərbi qaynaqları Naxçıvanla sərhəddəki neytral ərazidə yerləşən bir neçə strateji yüksəkliyi tutduqları barədə xəbər yayıblar. “Regnum” agentliyi erməni hərbi portal razm.info-ya istinadən xəbər verir ki, Ermənistan ordusu Naxçıvanla sərhəddə sərt iqlim şəraitinin hökm sürdüyü, dəniz səviyyəsindən 2500-3300 metr yüksəklikdə yerləşən, sutkalıq temperature fərqinin 35-40 dərəcəyə çatdığı ərazilərdə yerləşən yüksəklikləri səssiz-səmirsiz tutub.



İddia olunur ki, Azərbaycan hərbçiləri bu əməliyyatdan xəbər tutanda çox gec olub və erməniləri tutduqları mövqelərdən çıxarmaq üçün nəsə etmək mümkün olmayıb.



Bu əməliyyat nəticəsində Naxçıvanla sərhəddə Ermənistan ordusunun bir çox mövqeləri Azərbaycan ordusunun döyüş postlarından yüksəklikdə qalıb.



Hazırda ermənilərin yeni tutduqları mövqelərdən nəinki Azərbaycan postlarının kommunikasiyaları, eyni zamanda 25-30 kilometr məsafədə yerləşən Naxçıvan şəhəri aydın görünür.



Əməliyyat nəticəsində Ermənistan ordusu Naxçıvanla sərhəddə əlavə olaraq 100 kvadratkilometr əraziyə nəzarət edir. Sayt ermənilərin ələ keçirdikləri yüksəkliklərin fotolarını da yayıb.



Xatırladaq ki, Naxçıvanla sərhəddə atışma xəbərləri gələndə yerli sakinlər virtualaz.org saytına ermənilərin neytral ərazidə bəzi yüksəklikləri tutduqları barədə məlumat vermişdi. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edirdi.



Musavat.com-un əməkdaşı Müdafiə Nazirliyinin mətbuat xidmətiylə əlaqə saxlayaraq, yayılan bu xəbərin və fotoların həqiqətə uyğun olub-olmamasını dəqiqləşdirməyə çalışıb. Mətbuat xidmətinin rəis müavini bildirib ki, bu xəbərlər cəfəngiyyatdır: "Bu erməni saytlarının yaydığı cəfəngiyyatdır. Hazırda bu xəbərlərlə bağlı rəsmi açıqlama hazırlayırıq".


Teqlər:
Bu xəbər cəmi 1390 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR