Görüşlə bağlı açıqlama verən “REAL” Hərəkatın həmtəsisçisi Erkin Qədirli bildirib ki, onlar arasında görüş keçirilib, amma orada hansı məsələlərin müzakirə annlaşmaya uyğun olaraq gizli saxlanılır: “Əslində ciddi media orqanları orada hansı mövzularda müzakirə aparıldığını təxmin edə bilər, amma nələr danışıldığını açıqlaya bilmərəm. Bu konfendesialdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də görüşdə müzakirə olunan məsələlər baradə danışmadı.
Qeyd edək ki, görüşdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, “REAL” Hərəkatın həmtəsisçisi Erkin Qədirli, AMİP sədri Yusif Bağırzadə, Liberal Partiyasının sədri Əvəz Temirxan, “El” Hərəkatının təsisçisi Eldar Namazov və ADP sədri Sərdar Cəlaloğlu iştirak edib.