Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fond Tarixi Muzeyinin Bərpa laboratoriyasını modernləşdirir

Fond Tarixi Muzeyinin Bərpa laboratoriyasını modernləşdirir
Milli Azərbaycan Tarixi Muzeyində Elmin İnkişafı Fondunun qrantı əsasında alınmış yeni bərpa laboratoriya avadanlıqlarının təqdimatı olub. Fondun mətbuat xidmətindən verilən məlumata görə, AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə “MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi keçirilib. Adıçəkilən layihənin məqsədi Bərpa laboratoriyasının müxtəlif təyinatlı və mənşəli eksponatların restavrasiyasına və konservasiyasına yardım edəcək müasir tələblərə cavab verən avadanlıq, cihaz və qurğularla təmin edilməsidir. Mərasimdə çıxış edən Muzeyin direktoru Nailə Vəlixanlı bildirib ki, milli irsi təbliğ eləməklə yanaşı, qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir muzeyin borcudur. Məhz bu baxımdan Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə alınan yeni bərpa avadanlıqları ölkədə milli mədəni irsin qorunmasında öz əvəzsiz töhfələrini verəcək. AMEA-nın vitse prezidenti İsa Həbibbəyli qeyd edib ki, Elmin İnkişafı Fondu ölkədə elmin inkişafına yönəlik böyük layihələr həyata keçirir. Bu layihələrin böyük qismini elmi müəssisələrin maddi texniki bazasının məhkəmlənməsi, dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz edilməsi təşkil edir: “Tarix Muzeyi üçün alınan avadanlıqlar indiyədək kustar üsullarla aparılan tədqiqatların daha müasir səviyyəyə çatmasına xidmət edəcək”. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə qeyd edib ki, ölkə prezidenti İlham Əliyev Azərbaycanın regionun elmi mərkəzinə çevrilməsi kimi mühüm tapşırıq verib. Bunun üçün isə rəqabətə davamlı elmi nəticələr alınmalı, ölkənin elmi müəssisələri yeni, müasir avadanlıqlarla təchiz edilməli, həmin avadanlıqları işlədə biləcək kadrlar hazırlanmalıdır. Fond sədri deib ki, alınmış avadanlıq və qurğular ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub. Alınmış avadanlıqlar sırasında İngiltərənin “Willard Conservation Ltd” şirkətinin istehsalı olan sorma masası, İtaliyanın “G.B. F.LLI Bertoncello” şirkətinin istehsalı olan Proxima mikro-qaynaq cihaz dəsti (bütün növ materiallar üzrə), İtaliyanın “C.T.S” şirkətinin təchiz etdiyi sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultra-səs təmizləyici vannası, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici və cilalayıcı cihaz, İtaliyanın “AnMo Electronics” şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin videoqeydiyyat cihazı, Avropa şirkətlərinin istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakum nasosu kimi cihaz və qurğular maraq doğurur. Alınmış avadanlıq və qurğular istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq: “Cihazların alınması ilə iş bitmir. Bu cihazları işlətmək üçün kadrlar hazırlanmalıdır. Bu məqsədlə Fondun “Mobillik qrantı” müsabiqələrində iştirak etmək lazımdır. Bu işləri kompleks şəkildə görməklə tez bir zamanda irəliləyişlərə nail ola bilərik”. Mərasimdən sonra alınmış avadanlıqlara baxış keçirilib.

Teqlər:
Bu xəbər cəmi 1515 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR