İndi bu ölkələrdə səfərdə olarkən endirimli rouminqdən yaralanmaq mümkündür
Skandinaviyanı nahaqdan dünyanın cənnəti adlandırmırlar. Skandinaviya ölkələri iqtisadi, sosial, mədəni, insan inkişaf indekslərinə görə dünyada ən qabaqcıl yerləri uzun müddətdir ki, qoruyub saxlayırlar. Əhalisinin sayına görə çox da böyük olmayan bu ölkələr həm də texnologiya və maliyyə mərkəzləri sayılır.
Skandinaviya cənnətlərindən biri İsveçdir. İsveçın əhalisi təxminən Azərbaycanın əhalisi qədər olsa da, ərazisi 5 dəfə böyükdür. İsveç məşhur saat və avtomobil brendlərinin vətənidir. Yerigəlmişkən hər gün istifadə etdiyimiz kompüter “siçanı” da məhz bu ölkədə kəşf olunub. İsveç texnologiyaların inkişafına görə Avropada yalnız Finlandiyadan geridə qalır. İsveçdə 36 Bank MMC qismində, 2 koperativ, 51 əmanət, 28 xarici bank nümayəndəliyi fəaliyyət göstərir. İsveçlilər həm də dünyanın ən əliaçıq xalqı sayılır. Çünki, İsveç öz Ümumidaxili Məhsullarının 1 faizini kasıb ölkələrə ianə kimi verir. Bütün bunlarla yanaşı İsveç həm də əsarəngiz təbiətə malikdir. İsveçlilər öz təbiətlərini göz bəbəyi kimi goruyublar və onların ölkəsi həm də, turistlər üçün ən cəlbedici ölkələrdən biri sayılır. Bu ölkədə ekologiya standartlarının yüksək olmasını göstərmək üçün cəmi bir statistik göstərici kifayət edir: İsveçdə məişət tullantılarının cəmi 4 faizi toprpağa basdırılır, geridə qalan 96 faizi isə təkrar emala yönəldilir.
Təkrarsız Stokholm Arxipelaqı turistlər üçün ən sevimli yerdir. Stokholmdan 60 km şərqə uzanan arxipilaqdakı adların sayı 24 mindən çoxdur. Diametri 110 metr, daxili hündürlüyü 85 metr, ümumi həcmi 600 min kub metr olan Qloben Arena da məhz İsveçın paytaxtı Stokholmda yerləşir. Dünyanın ən iri “yarımkürəsi” Günəşi təqlid edir. Dünyanın bir nömrəli parkı olan Kral Ekoloji Parkı da İsveçın paytaxtında yerləşir. Maraqlıdır ki, dünyanın ən dar dalanı da Stokoholmda yerləşir. Mortena Tortçsik adlanan dalanın eni cəmi 90 santimetrdir.
STOKHOLM ARXIPELAQI
Skandinaviynın şimalında yerləşən Norveç isə fantastik və qibtəedici bir ölkədir. Norveç zəngin və rəngarəng təbiət, böyük enerji resurslarına malikdir.Buradakı göllər, çaylar, meşələr ideal vəziyyətdədir. Enerji resurslarının agıllı mənimsənilməsi və onlardan əldə olunan gəlirlərin düzgün idarə olunması sözün əsl mənasında norveçliləri xoşbəxt və firavan xalqa çevirib. Norveç dünyada neftə, demokratiyaya və təmiz təbiətə malik olan nadir ölkələrdəndir. Əhalisi 5 mln nəfər olan Norveçin paytaxtı Osloda 1,5 mln nəfər yaşayır.
Əgər Siz Norveçə hazırlaşırsınızsa ora giriş və yerli əhali ilə ünsiyyətdə olmaq problem yaratmayacaq. Belə ki, Norveç Avropa Birliyinin üzvü olmasa da, Şenqen zonasına daxildir və deməli bu ölkəyə giriş üçün ayrıca viza lazım deyil. Yerli əhali ilə ünsiyyətə gəlincə gənc və orta nəsil ingilis dilində mükəmməl danışır.
Norveçdə kriminal sıfır səviyyəsindədir. Burada oğurluq və qəsdən adam öldürmə nadir hadisə sayılır. Ona görə də, bü ölkədə turustlər özünü çox rahat hiss edir. Norveç digər Skandinaviya ölkələri ilə müqayisədəbir qədər bahalı sayılsa da bunu avia biletlərə şamil etmək olmaz. Belə ki, Berqendən Dubrovnikə cəmi 40, Oslodan isə Amsterdama 35 Avroya uçmaq olur.
Daha bir Skandinaviya ölkəsi Finlandiya isə öz təbiəti ilə məşhurdur. Finlandiyanın ən görməli yerləri bədii şimal təbiəti və fövqaladə təmiz havasıdır. Avropada hətta qadınlar arasında körpəni Finlandiyada dünyaya gətirmək və bir qədər orada yaşamaq kimi bir dəb var. Həkimlər hesab edir ki, ilk illərini bu torpaqda keçirən uşaqların aldığı təmiz hava və yüksək enerji sonradan onlara bütün həyatı boyu bəhs edir. Finlandiya kimi kiçik bir ölkənin təmizlyini və toxunulmazlığını 30 milli parkı təmin edir. Ona görə də, bu ölkəyə yaşından aslı olmayaraq hamıya getməyə dəyər.
Skandinaviya vətəndaşları yayda günəş gəbul etmək üçün Cənuba axdığı kimi, cənublular da özlərini istidən qorumaq əks istiqamətə can atır. Skandinaviyanın sərin yay havası cənublular üçün isti cəhənnəmindən qorunmaq üçün ən yaxşı güşədir.
HELSINK QIŞ BAĞI
Finlandiya yalnız şimal şəfəqlər ölkəsi, Santa Klaus və saunanın vətəni deyil. Yerigəlmişkən Finlandiyada hər evdə, hətta çoxmərtəbəli binaların mənzilində sauna var. Finlandiya həm də Nokianın vətənidir. Nokia dedikdə mobil rabitə yada düşür. Onu da qeyd edək ki. 182 mln abonenti olan TeliaSoneranın da vətəni məhz Skandinaviyadır. Abonentlərinin sayı hətta Rusiya və Yaponiya kimi ölkələrin əhalisindən çox olan bu nəhəng operator məhz İsveç və Finlandiyanın birgə müəssisəsidir. Təbii ki, xaricdə olan hər bir turist öz yaxınları ilə daima əlaqədə olmalıdır və işgüzar əlaqələrindən ayrlmamamlıdır. Ona görə də, bu ölkələrdə səfərdə olan Azercell abonenti özünü tam komfortda hiss edir. Çünki, Teliasonera öz şəbəkəsi daxilində olduqca sərfəli rouminq tarifləri tətbiq edir. TeliaSoneranın dünyanın 15 ölkəsində 27 operatorla təmsil olunması Azercell abonentlərinə digərləri ilə müqayisədə unikal endirimli danışıq imkanları yaradır. Aşağıdakı cədvəldə Siz Azercell-in TeliaSonera daxilində roumiq qiymətləri ilə tanış ola bilərsiniz.
Xüsusilə vurğulamaq lazımdır ki, bu cür sərfəli rouminq şərtləri yalnız TeliaSoneranın hesabına mümkün olub. Azercell də bu şəbəkənin bir parçası olduğundan, Azercell-lilər bir çox ölkələrdə olarkən çox sərfəli qiymətlə danışa bilirlər. Belə ki, TeliaSonera ölkələrinə səyahət edən Azercell abunəçiləri rouminqdə olarkən ölkədaxili zənglər zamanı 1 dəqiqəsi 25 qəpiyə,Azərbaycan və digər ölkələrlə isə 50 qəpiyə danışırlar.
Bu qiymət Danimarka,Estoniya, Finlandiya, Qazaxıstan, Latviya, Litva, Moldova, Norveç, İspaniya, İsveç, Tacikistan, Gürcüstan və Özbəkistan üçün tətbiq edilir. Sms xidmətindən yararlanan abunəçilər cəmi 9 qəpik, mobil internet bağlantısının 1MB üçün isə 45 qəpik ödəyirlər. Daha bir gözəl xəbər ondan ibarətdir ki, yay mövsümü zamanı rominq xidmətlərini açdırmaq istəyən Azercell Fakturalı xətt abunəçiləri depozit ödəməyəcəklər! 13 iyun- 31 avqust 2014-cü il tarixləri arası davam edəcək kampaniya çərçivəsində Azercell Fakturalı xətt abunəçiləri depozit məbləği ödəmədən müvafiq açar sözünü (START/STOP/STATUS) 8808 qısa nömrəsinə SMS vasitəsilə göndərməklə rominq xidmətini aktivləşdirmək, deaktivləşdirmək və cari status haqqında məlumatı əldə edə bilərlər. Rahat səyahət edin və doyunca ünsiyyət qurun!