Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir


Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə Qafqaz regionunun ən böyük sığorta tədbiri olan V Azərbaycan Beynəlxalq Sığorta Forumu öz işinə başlayıb.Foruma dünyanın 24 ölkəsindən 250 nümayəndə qatılıb. Forumda dünyanın, regionun və Azərbaycanın sığorta bazarında baş verən proseslər və əməkdaşlıq imkanları müzakirə edilir.



Azərbaycanın maliyyə naziri Samir Şərifov Forumu açaraq, sığorta bazarındakı proseslərin müzakirəsinin vacibliyini qeyd edib, iştirakçılara uğurlar arzulayıb.



Sonra çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə müzakirəyə çıxarılan mövzuların sığorta bazarına təsirindən bəhs edib.



ASA-nın sədri Orxan Bayramov bildirib ki, forumda dünyanın, regionun və Azərbaycanın sığorta bazarında baş verən proseslər, sığorta sektorundakı tendensiyalar və əməkdaşlıq imkanları müzakirə ediləcək.



Tədbirdə xarici nümayəndələr də çıxış edərək ötən illərdə ən çox təbii fəlakətlərdən zərər çəkən insanlara təzminat ödənildiyi diqqətə çatdırılıb. Bildirilib ki, maliyyə itkilərini qarşılamaq üçün növbəti illərdə yüksək mənfəət qazanılmalıdır. Həmçinin dsöylənilib ki, Azərbaycan seysmik zonada yerləşdiyinə görə, ən böyük risk zəlzələlərin olması, dolu və yağışların düşməsi təhlükəsidir.



Tədbirdə Böyük Britaniya, Almaniya, Belçika, Fransa, Avstriya, Rumıniya, Türkiyə və Rusiyanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ekspertləri, Avropanın Swiss Re, Minich Re, Gen Re, Everest Re, Barents Re və Honnover Re təkrarsığorta şirkətlərinin, tibbi sığorta üzrə Almaniya Fərdi Tibbi Sığorta Assosiasiyasının, Türkiyənin TARSİM (kənd təsərrüfatı sığortaları hovuzu) sisteminin, eləcə də ölkəmizin ən aparıcı sığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edirlər. Onlar həyat sığortası, tibbi sığorta, avtomobil sığortası və risklərin idarə edilməsi mövzusunda təqdimatlar keçiriblər.



İki gün davam edəcək tədbirdə “Regionun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Region ölkələrinin səğorta bazarı üçün təkrarsığorta həlləri”, “Tibbi sığorta – dövlət və özəl xidmətlər arasında ortaq məxrəc”, “Təbii fəlakətlər: sığorta təminatı, maddi imkanlar, effektivlik – düzgün balans”, “Həyat sığortası”, “Avtomobil sığortası” və “Risklərin idarə edilməsi” üzrə mövzularda məruzələr dinləniləcək. Habelə 2013-2014-cü illərdə Azərbaycanın sığorta bazarı, Qafqaz regionunun sığorta bazarında investisiya imkanları, Qafqaz regionda Yaşıl kart sisteminin tətbiqi kimi məsələlər də diqqət mərkəzində olacaq.


Teqlər:
Bu xəbər cəmi 1180 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR