Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yay meyvə-tərəvəzlərinin - FANTASTİK FAYDALARI

Yay meyvə-tərəvəzlərinin - FANTASTİK FAYDALARI
Yay gəldi, mətbəx rəngarəng oldu.


 



Yay gəldi, mətbəx rəngarəng oldu. Yayın gəlişi ilə təzə meyvə və tərəvəzlər də mətbəximizə girməyə başladı. Bəs mütəxəssislər bu qidaların faydaları və yeyilməsi haqqında nə deyirlər? Ailem.az yay meyvə və tərəvəzlərinin faydaları və yeyilməsi qaydalarını təqdim edir.



Prostat xərçənginə qarşı qoruyucu təsiri olan balqabaq eyni zamanda çox yaxşı antioksidan qaynağıdır. Ürək xəstəlikləri və xərçənglə mübarizə aparmaqla yanaşı, qəbzlik probleminin həll edilməsinə və yanlış qidalanmadan doğan köpmənin yox edilməsində faydası var. 100 qramı sadəcə 22 kaloridən ibarət olan bu tərəvəz arıqlamaq istəyənlərin süfrəsində yer almalıdır.



Potasium, bol miqdarda C, folat, maqnezium, lifli qidalarla zəngin olan ənginarın kalorisi çox aşağıdır. Böyük ənginarın kalorisi 25 təşkil edir. Pis xolesterolu azaldan, bağırsaq sindromunun müalicəsinə kömək edən, həzmsizlik və şəkər xəstəliyi kimi problemlərin həll edilməsinə kömək edən ənginarın tərkibindəki karbohidratdan yararlanmaq üçün təzə olması şərtdir.



Xüsusən C vitamini ilə zəngin olan kartof gün ərzində bir orta boy böyüklüyündə yeyilərsə, gündəlik C vitamini ehtiyacının 30 faizi ödənmiş olur. Həzmi asanlaşdırıb mədə qazlarını yox edən kartofun faydaları olduqca çoxdur. Ürək damar xəstəliklərinə, təzyiqə qarşı təsirlidir, triodi nizamlayıb dərini gözəlləşdirməkdə təsirli rol oynayır, cinsi gücü artırır, qəbzliyə və sütun xərçənginə qarşı qoruyucu təsirə malikdir. İmmunitet sistemini gücləndirir. Araşdırmalar zamanı kartofun çiy yeyilməsinin bişirilməsindən daha faydalı olduğu müəyyənləşib. Şəkər xəstəliyi və insulinlə bağlı problemi olanlar kartof yeyərkən diqqət etməlidir. Qabıqlı bişirilməsi məsləhət görülür.



Evlərimizdən əskik olmayan limon C vitamini tərkibli olmaqla güclü antioksidan qaynağıdır. Bununla yanaşı sütun, prostat, döş, ağciyər, mədə xorası xərçəngi başda olmaqla 12 növ xərçənglə mübarizə aparmaqda təsirlidir. Yüksək təzyiq və infeksiyalara qarşı qoruyucu təsirə malikdir. Dəri xərçəngi riskini azaltmaq üçün limon qabığını gündəlik qidalanma proqramınıza daxil edin. Stressli bir həyat yaşayan, spirtli içki və siqaretdən istifadə edənlər mütləq hər dəfə çaylarına limon qabığı əlavə etməlidir.



Yaşıl bibərin tərkibində bol miqdarda C vitamini, beta karoten, A, P, K, B1, B2 və E vitamini mövcuddur. A, E və C vitamini tərkibində olduğu üçün antioksidan təsirli olub yaşlanmanı gecikdirir və infeksiyalara qarşı qoruyur. İmmunitet sistemini gücləndirməsi, xərçəngə qarşı qoruması, qəbzliyə qarşı təsirli olması, çəki azaltmağa kömək etməsi və göz sağlamlığını qoruması kimi faydaları var. Yeməklərinizdə bibər tomatından istifadə etməniz sağlamlıq baxımından faydalıdır. Yemək və salatlarınızın içinə 1-2 ədəd doğramaqla lif dəyərini artıra bilərsiniz. Səhərlər çiy halda yeməyə vərdiş edin.



1 pors çiyələk ilə 1 pors portağaldakı C vitaminini almaq mümkündür. Tərkibindəki potasium ilə qan təzyiqini nizamlayır və az kalorili olduğu üçün arıqlamaq istəyənlər də rahatlıqla yeyə bilər. Pudra şəkərinə batırılıb yeyilməsi məsləhət deyil. Uzun müddət saxlanmamış, qırmızı rəngli çiyələk almalısınız. Aldıqdan sonra təmiz şəkildə yuyub qısa müddətdə yemək lazımdır.



Karbohidrat qaynağı olan şaftalı lif, A vitamini və potasiumla zəngindir. Həzmi asanlaşdırır və isti havalarda tər ilə axıb gedən potasium itkisini qarşılayır. Sidiyin miqdarını artırdığı üçün qanın təmizlənməsini təmin edir. Qəbzlikdən qoruyur. Böyrək və həzm sistemi iltihablarında asanlıqla yeyilə bilər. Beta karotenlə zəngin olub antioksidan təsir göstərir. Dəri və ürək sağlamlığı üçün də faydalı olan şaftalı kompot, mürəbbə şəklində də yeyilir. Bağırsağın hərəkətini sürətləndirir. Şaftalını püre halına gətirib üzə sürtmək quru dərilər üçün faydalıdır.



Potasium qaynağı olan banan əzələ tutulmaları və gücsüzlüyünə qarşı çox faydalı olub mədəni tox tutur. Mədə xəstəliklərində rahatladıcı təsiri var. B vitamini tərkibli olub antidepressant təsiri var. Aybaşı sancılarını, sümük ağrılarını azaldır, həzm sistemi problemlərinə faydalı olub xərçəngə qarşı qoruyucu təsir göstərir. Tam yetişmiş bananın ucu qara, rəngi sarı və yumşaq olur. İynəylə yetişdirilən banan ziyandır. Yetiməmiş banan mədə turşuluğunu artırır və qəbzliyə səbəb olur.



Qarpız yay mövsümünün əvəz edilməz dadlarındandır. A, B, C vitamini, potasium, kalsium və dəmirlə zəngindir. 93 faizini su təşkil edən qarpız böyrək və sidik kisəsi qumlarını tökməyə, qanı təmizləməyə, həzmi asanlaşdırmağa, bağırsaqları işlətməyə kömək edir. Yağ və xolesterolu olmayan qarpızı yeyərkən miqdarına diqqət edin. Bir oturuşa 2 qarpız yeyilməz.



Gilas duzların bədəndən çıxarılmasına kömək etdiyi üçün revmatizm, oynaq kirəçlənməsi, bağırsaq xəstəliyi və damar sərtliyinin müalicəsində təsirli olur. Böyrəklərdə daş və qum toplanmasının qarşısını alır, öd kisəsinin də daşlarını tökməyə kömək edir. Tərkibindəki beta karotin toxuma və orqan tamamlanmasına kömək edir və xərçəngə qarşı qoruyur.



C, E, B2, A vitaminləri və fosfor tərkibli olan kivi qəbzliyin qarşısını alır, qanı sulandıraraq ürək-damar xəstəliklərinə qarşı faydalı təsir göstərir. İqtidarsızlıq, sütun və prostat, ağciyər xərçənginə yaxşı təsir edir. Xolesterolu aşağı salır, qəbzliyi yox edir. Depressiyanın qarşısını alır, stressi azaldır, görməni yaxşılaşdırır, bədən şəkərini aşağı salır, immunitet sistemini gücləndirir. Uşaqlarda sümük və beyin inkişafına faydalı olan kivini gündə 1 ədəd yemək bəsdir.


Teqlər:
Bu xəbər cəmi 1420 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR