Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Milli Məclis məhkəmələr haqqında qanunu dəyişdirir

Milli Məclis məhkəmələr haqqında qanunu dəyişdirir
Azərbaycanda məhkəmə hakimləri ilə bağlı bir sıra yeniliklərin edilməsi gözlənilir.


Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulub.



Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olmuş qanun layihəsinə əsasən, mövcud qanunun 93-4-cü (Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası) maddəsinə daha bir hissə əlavə ediləcək. Əlavədə göstərilir ki, hakim vəzifəsindən öz arzusu ilə azad olunan şəxs bu qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hakim təyin edilə bilər.



Bundan əlavə, qanun layihəsinə əsasən, mövcud qanunun 100-cü (Hakimləyin müstəqilliyi) maddəsinin də sonuna əlavə ediləcək. Təklif olunan variantda qeyd edilir ki, hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.



Qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilməsi gözlənilən əlavəyə görə isə hakimin fəaliyyəti dövründə onun əməkhaqqının məbləği aşağı salına bilməz.



"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü (Hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları) maddəsinə də əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Belə ki, bu maddənin 9-cu bəndinə ediləcək dəyişikliyə görə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə də hakimlərin səaliyyətlərinə vaxtından əvvəl xitam verilə bilər.



Mövcud varianta görə isə altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə Məhkəmə-Hüquq Şurası tərəfindən təşkil edilmiş xüsusi hakim komissiyasının müvafiq rəyi olduqda hakimlərin səaliyyətlərinə vaxtından əvvəl xitam verilə bilər.



Həmin maddənin 11-ci bəndinə isə aşağıdakı mətndə hissə əlavə ediləcək: "Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hakimə müvafiq dərəcədən əlillik qrupu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür".



Qanuna ediləcək dəyişiklərdən digərinə görə, XXI fəsil (Andlı iclasçılar) və Keçid müddəalarının 6-cı hissəsi (Qanunun andlı iclasçılara dair müddəaları məhkəmə-hüquq islahatları başa çatdıqdan və müvafiq qanun qəbul edildikdən sonra qüvvəyə minir) ləğv edilir.



Artıq "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub.



Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclasının iyunun 20-də keçirilməsi nəzərdə tutulur.


Teqlər:
Bu xəbər cəmi 1235 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR