Ailem.az həm fiziki, həm psixoloji cəhətdən bizə təsir etdiyi söylənilən erkən oyanma vərdişinin 5 faydasını təqdim edir.
Nizamlı həyat
"Gecəquşu" adlandırılan, gecələri oyaq qalıb günorta saatlarına qədər yatan insanlar, gecə tez yatıb səhər də tez oyanan insanlardan fərqli olaraq nizamsız, dağınıq bir həyat yaşayırlar. Bunun səbəbi isə yuxusuzluqdan dolayı yaranan yorğunluq hissinin gündəlik işlərə öz mənfi təsirini göstərməsidir. Nizamlı bir həyat istəyirsinizsə, səhər erkən saatlarda yuxudan oyanın.
Daha xoşbəxt bir həyat
Araşdırmalar səhərlər yuxudan tez oyananların özlərini daha enerjili və yüksək əhval- ruhiyyədə hiss etdiklərini müəyyənləşdirib. Günə erkən başlayaraq görüləsi işləri planlaşdırmaq insanların özlərini daha rahat hiss etməsinə kömək edir.
Aşağı depressiya riski
Yuxudan tez oyanan insanlar özlərini daha enerjili və yüksək əhval-ruhiyyədə hiss etdikləri üçün gec oyananlardan fərqli olaraq depressiya riski ilə daha az qarşılaşırlar.
Daha sağlam qidalanmaq
Axşamlar gec yatıb səhərlər gec oyanan insanlar çox yemək yeməyə meylli olurlar. Normasında yemək yemədiyi üçün fast food qidalarına da daha çox maraqlı olur və nəzarətsiz kökəlmə problemi yaşaya bilirlər.
Daha pozitiv düşünmək
Səhərlər erkən saatda yuxudan durub yoqa, pilates və digər idman növləri ilə məşğul olanlar neqativ düşüncələrdən uzaq, pozitiv enerji ilə dolu olurlar.