Economist İntelligence Unit təşkilatı 82 ölkə üzrə “Biznes Mühiti Reytinqi” adlı yeni hesabatını hazırlayıb.
Hesabata görə, dünyada iş görməyə ən əlverişli ölkə Sinqapurdur. Azərbaycan isə 82 ölkə arasında 73-cü yeri tutub.
İş görməyə yaradılan şəraitə görə Sinqapur 8,56 bal alıbsa, Azərbaycan 4,66 balla qiymətləndirilib.
Başqa sözlə, Azərbaycanda biznesə şərait dünya lideri olan Sinqapurdakından təxminən 2 dəfə pisdir.
Hesabatda aldığı qiymətə görə, Azərbaycanda biznesə yaradılan şərait Pakistan, Nigeriya və ya Əlcəzairdəki kimidir.