Təntənəli yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək şəhər səhiyyəsinin inkişafına, əhalinin sağlamlığının qorunmasına, tibb işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına göstərdiyi hərtərəfli diqqət və qayğıya görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirməklə, şəhərin bütün səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, bu bayramı səhiyyə işçilərinə ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Demokratik Respublikasında Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf etdiyinə görə, bu gün peşə bayramı kimi qeyd olunur. Şəhər Səhiyyə İdarəsinin rəisi, Azərbaycan Respublikasının əməkdar həkimi Mehman Rzayev Gəncə səhiyyəsinin inkişaf tarixindən, son illər həyata keçirilən möhtəşəm tədbirlərdən və bu istiqamətdə görülən işlərin uğurla davam etdiriləcəyindən danışıb.
Sonda şəhərin qabaqcıl səhiyyə işçilərinə İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.