“Yenimeydan.info”nun “azadliq.org”a istinadən veriyi xəbərə görə, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
2009-cu ildə Azərbaycanda əməkqabiliyyətli adama bir illik çörək norması 150 kiloqram müəyyən edilsə də, son dəyişikliyə görə, bu norma 13 kiloqram 200 qram azaldılıb. Pensiyaçılar üçün illik çörək norması 109 kiloqramdan 107-yə, uşaqlar üçünsə 100.5 kiloqramdan 98 kiloqrama endirilib.
Bunun əvəzində kartof, tərəvəz və bostan məhsullarının illik norması bir neçə kiloqram artırılıb. İllik meyvə və giləmeyvə norması əməkqabiliyyətli əhali qrupu və uşaqlar üçün olduğu kimi qalıb. (Əməkqabiliyyətli adamlara 38, uşaqlar üçün 76 kq)
Pensiyaçılara düşən norma isə 6 kiloqram azaldılıb. İllik ərzaq normasında ət və ət məhsullarının payı bir-neçə kiloqram artırılsa da, bitki və kərə yağının miqdarı azaldılıb. Ən çox artım süd və süd məhsullarında olub - təxminən 13 kiloqram.
Hazırda bu norma əməkqabiliyyətli insanlar üçün 193.6, pensiyaçılar üçün 223.1, uşaqlar üçün 247.5 kiloqramdır.
Təsdiq edilən yeni siyahıda qeyri-ərzaq mallarının siyahısında hər hansı dəyişiklik yoxdur.
Xidmət sektoru üzrə nəqliyyat, su və kanalizasiya təchizatında dəyişikliklər var. Su və kanalizasiyadan istifadə etmək üçün norma 1 ayda 6 kubmetrdən 5 kubmetrə endirilib. Nəqliyyatdan istifadə əməkqabiliyyətli əhali üçün ildə 606 gedişdən 692-yə, uşaqlar üçün 370-dən 406-ya qaldırılıb. Pensiyaçılar üçün olduğu kimi saxlanılıb.
Yerli iqtisadçılar minimum istehlak səbətinin həcminə görə Azərbaycanın Qazaxıstan, Belarus, Moldova, Qırğızıstan, Özbəkistan və Rusiyadan geri qaldığını bildirilər.
Dəyişiklik qərarı 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.