Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov deyib ki, bütün ixtisaslarda həkimlər üçün lazımi tədbirlər görülür və bunların nəticəsində tək Azərbaycan daxili yox, beynəlxalq arenada da tədris prosesi təşkil edilir.
Onun sözlərinə görə, distant kurslar, xarici ölkələrdən mütəxəssislərin dəvət olunması, onların iştirakı ilə Azərbaycan həkimlərinin təkmilləşdirilməsi sahəsində böyük uğurlar əldə olunub. N.Qasımov qeyd edib ki, kadr hazırlığı və institutun tədris prosesində yüksək texnologiyaların tətbiqi nəticəsində bu proses aktiv şəkildə davam edir: “İnstitutda aparılan yeniliklərdən biri distant təhsilin geniş vüsət alması və bunun tədqiq edilməsidir.
Bununla da sadə həkimlər evdən çıxmadan biliklərə yiyələnə bilirlər. Digər yenilik isə tədrisdə beynəlxalq inteqrasiya məsələsidir. Dünyanın bir çox elmi tədris mərkəzindən mütəxəssislər instituta dəvət edilir və orada olan texnologiyaları ölkəmizdə tətbiq edirik”./apa/