BBC-nin yaydığı xəbərə görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli DÇ-2014-də İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, komandası turnirə yaxşı hazırlaşıb, bunun da nəticəsinə qələbə qazanıb. Prandelli FİFA haqda tənqidi fikirlər də səsləndirib.
Qeyd edib ki, dünyanın ali futbol qurumu rütubətli hava zamanı oyunda taym-autun (müvəqqəti fasilə) yaranmasına icazə verməməklə səhv edir: “Belə hava şəraitində taym-autun verilməməsi biabırçılıqdır. Əgər FİFA yaxşı yarış görmək istəyirsə, futbolçulara bərpa olunmaları üçün matçın gedişatında zaman verməlidir. Əks halda belə rütubətli havada istənilən səviyyədə çıxış etmək mümkünsüzdür. İngiltərə ilə qarşılaşmada bizə də çətin oldu, amma çalışdıq, hesabı qoruya bilək” (qol.az).