Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əkrəm Əylisli və Dieqo Kosta - "futBAL AYI”

Əkrəm Əylisli və Dieqo Kosta -
1937.az Futbol üzrə Dünya Çempionatıyla bağlı yeni "futBAL AYI" layihəsinə başlayır. Bu layihədə yazarların keçirilən oyunlar barədə fərqli üslubda orijinal mətnlərini təqdim edəcəyik.


Bamsı Beyrək və snayper

Oyun çox zəhlətökən başladı. Təxmin etdiyimiz kimi İspaniya yenə də total futbolun ucundan tapışıb ucuzluğa getməyə çalışdı. Amma bu məqamda total futbola qarşı Maurinyodanqalma öndə pressinq taktikası söhbətə qarışdı. Van Qalın yetirmələrinə əsas şərti “sərt” idi. İspaniyanın “öküzlər ölkəsi” olduğunu bilən “portağallar” onlarla elə öküz kimi oynamağa çalışdı. Əvvəl “ay donuz, heç donuz da öküzə ox atar” deyə düşündüm. Çünki yaxşı texnikaya malik David Silva, İniesta kimi oyunçuların və Busqets kimi artist “qoyunçu”ların olduğu İspaniya komandasına qarşı azlıqda qalmaq çox mümkün. Amma tədbirli idilər hollandlar. Oyunun sonunda gördük ki, sanki bayramda, tədbirdə idilər hollandlar.

İlk təhlükəli epizod səkkizinci dəqiqədə yaşandı. Robbenin ötürməsini qola çevirə bilməyən Sneyder “snayper”liyinə sadiq qala bilmədi. Bu epizoddan sonra oyun bir müddət sönük getdi.

Əkrəm Əylisli və Dieqo Kosta

İspaniyanın hücum xəttində hələ ki, Dieqo Kostaya ünvanlanan protestdən başqa bir şey qulağa dəymirdi. Deyəsən, Atletiko Mardidin “ ağır atlet”inin milli komanda seçimi ona çox başağrısı olacaq. Məncə, ona bu da azdır. Adam nə qədər ağılsız olmalıdır ki, Braziliya qala-qala İspaniya yığmasını seçsin? Bu bilirsiniz nəyə bənzəyir? “Bir gün azad yaşamaq, 40 il boyunduruq altında sürünməkdən üstündür” həqiqətinə.

Çempionat Braziliyada keçirilir və məncə, braziliyalı azarkeşlərin çoxu oraya Kostanı fitə basmaq üçün gəlmişdilər. Çünki onlar Dieqo Kostanı vətən xaini kimi görürlər. Oyunun bu yerində Əkrəm Əylisli yadıma düşdü. Başa düşdüm ki, bizim xalq çox humanistdir. İnanın ki, Əkrəm müəllim futbolçu olsaydı biz onu fitə-zada basmazdıq. Nəsə, bu öz yerində, amma məsələ daha da dərində. Dieqo Kosta 26-cı dəqiqədə həyatının ikinci şərəfsiz addımını atdı. Daha doğrusu, addım atmadı, özünü yerə atdı. Elə ustalıqla yıxıldı ki, hətta özü belə epizodun penalti olduğuna belə inandı. Builki mundialda sanki hakimlər də “Hərəyə bir penalti verək” devizi ilə meydana çıxırlar. Alonso topu ağ nöqtəyə qoydu və bir neçə saniyə sonra tablodakı rəqəmi dəyişdi: 1-0.

Hollandların başı qaçmayıbmış

Hücum məsələsində Van Qalın tapşırığı hava topları idi. Əvvəl mənə elə gəldi ki, hollandların başı qaçıb. “Axı Pike və Ramos kimi əkiz qüllələrin olduğu bir müdafiəyə qarşı hava topları nə edəcək?” deyə düşünürdüm öz-özümə. Amma mülahizələrin məni yanıltdı. Demə, hollandların “başı qaçmayıbmış”. Əsas da Van Persinin. Daley Blindin göndərdiyi hava topunu Van Persi əl qumbarası kimi Kasilyasın qapısına “atdı”. Dəqiqələr 45-i göstərirdi.

İlk hissə bu hesabla da bitdi. İkinci hissədə yağış başlamışdı. Bunu hamı bilirdi. Amma qol yağışının başlayacağından hətta mərhum kahin asminoqun xələfləri də xəbərsiz idi. Bir anda ssenarilər dəyişdi. Hollandlar ilk hissədəki pressinqə bir də ötürmə qrafiki əlavə etdilər. Meydanın hər qarışı üçün son damlasına kimi “savaşan” portağallar elə portağal kimi dalı və ətirli bir ikinci hissə yaşadılar.

Öz balaca dünyası olan ispanlar

İspanlar isə “yenə başı-beyni duman, yenə yaşayırıq hər zaman” düşüncəsində meydana çıxmışdılar. Artıq başa düşmək lazımdır: İspaniya artıq doymuş məhluldur. Bu komandanın oyunçuları uğura doyub. İstər klub karyerasında, istərsə də, milli komandada. İspaniya nəyə doysa da, qapısında qol görməyə ac idi. Elə buna görə də oyunun gizli qəhrəmanı Blind, Arien Robbenə dörd il övvəlki intiqamı almaq fürsəti yaratdı. Topu qəbul edən Robben Pikeni Şakiranın yanına “göndərib” Kasilyası toruna top atdı: 1-2.

Oyun sürətlənmişdi. Fizikada tezliyi “Hers”lə ölçürlərsə futbolda Van Persi ilə ölçürlər, biçirlər. Hə, oyuna ən gözəl ifadə bu olardı: biçdilər. 60-cı dəqiqədə onun zərbəsi qapı dirəyini elə silkələdi ki, dedim indi bu dəqiqə “qaz turbası” düşəcək Kasilyasın başına. Amma düşmədi. Əvəzində isə cərimə zərbəsindən ötürmə zamanı Van Persi Kasilyasın başına düşdü. Bu epizodun faul olduğunu hətta oyuna baxmayanlara belə gördülər. İkinci hissədə nəinki Allah, heç hakim də ispanların tərəfində olmadı: Stefan de Vrij hesabı 1-3 etdi.

Oyunda ofsayt epizodları da çox yaşandı. Yan xətt hakimləri də bayraq qaldırmaqdan bezmişdilər. Sanki futbolçular da meydana “bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə çıxmışdılar.

“Qayıt, İker, geri qayıt”

“Batan gəmini kapitan da tərk edər” deyimi bu oyunda da əksini tapdı. “Məlubedilməz armadanın” kapitanı İker Kasilyas çoxdan oyunu qoyub getmişdi. Mənə elə gəldi ki, kənarda İspaniya futbolunun kralı Raul boğuq səslə qışqırdı:

“Qayıt, İker, geri qayıt”. Lakin iş-içdən keçmişdi, İker qayıtmırdı. Hətta nəhəng Raulun səsi də ispanları bu yuxudan oyatmırdı. Kasilyasın kobud səhvindən Van Persi dubl etdi və hesab tablosunda ayın tarixi yazıldı: 1-4.

Artıq bomboş qalan “Məğlubedilməz armada”ya son “top atəşi” də Robbendən gəldi: 1-5. Arien Robben oyun ərzində elə “təmiz” oynadı ki, ona “Ariel Robben” də demək olardı.

Çox güman ki, bundan sonra orta məktəb kitablarında “məğlubedilməz armada”nın dağılma ilini “1588” deyil, “2014” olaraq göstərəcəklər.


Teqlər:
Bu xəbər cəmi 1580 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR